Icma.az
close
up
RU
Aydın Kərimov: Şuşada 27 tarixi abidə bərpa edilib, 15 nin konservasiyasına başlanılacaq

Aydın Kərimov: Şuşada 27 tarixi abidə bərpa edilib, 15 nin konservasiyasına başlanılacaq

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son 5 ildə Qarabağda və Şərqi Zəngəzurda çox böyük bərpa və quruculuq işləri aparılır.

APA xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Şuşa şəhəri azad olunduqdan dərhal sonra orada bərpa-quruculuq işləri başlanıb və bu, son bir neçə ildə çox sürətlə inkişaf edib: “Biz Şuşa azad olunana - 8 noyabra qədər bu gözəl şəhərdən məhrum olmuşduq. Amma biz Şuşanı azad etdik, erməni işğalçıları şəhərdən qovuldu. Bütün azad olunmuş ərazilərdə işğalın fəsadları göz qabağındadır.

Dünyada son vaxtlar belə ağla gəlməyən miqyasda dağıntı baş verməmişdi, şəhərlər, kəndlər darmadağın edilmişdi. Ən çox zərər Şuşaya dəymişdi, onun mədəni irsi məhv edilmişdi. Ərazidə Kiçik Qafqazın ekoloji balansı tam pozulmuşdu. Ərazidə yenidənqurma işləri aparılarkən biz bunun canlı şahidi olmuşuq. Bütün bu dağıntılar və işğalın barbarlıq nümunəsi kimi dünyada görünməmiş hadisə idi. Bunlar döyüş əməliyyatları nəticəsində dağılan şəhərlər deyildi, düşünülmüş şəkildə Azərbaycanın mədəni irsini məhv etmək cəhdi kimi qiymətləndirilməlidir”.

Aydın Kərimov qeyd edib ki, bu günə qədər Şuşada 27 tarixi abidə, o cümlədən məscidlər bərpa edilib.

O əlavə edib edib ki, bu işlər davam edəcək: “Təkcə bu il 15 tarixi abidənin konservasiya işlərinə başlayacağıq. Bu, çox mühüm layihələrdir. Bundan başqa bir neçə abidənin, o cümlədən Xan qızı Natəvanın abidəsinin layihələndirmə işlərinə başlanılacaq”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 May 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri