Icma.az
close
up
RU
Aydın Sezer: “Qara dənizdəki gəmilər artıq legitim hədəf sayılır”

Aydın Sezer: “Qara dənizdəki gəmilər artıq legitim hədəf sayılır”

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu, Türkiyə-Rusiya böhranı yaratmayacaq”

Rusiyanın Qara dənizdə Türkiyə şirkətinə məxsus “Golden Leo” mülki yük gəmisinə raket zərbəsi endirməsi bölgədə mülki gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən artırıb. Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Qvineya-Bisau bayrağı altında üzən gəmi döyüş zonasını tərk edərkən üç ədəd X-59/X-69 qanadlı raketlə vurulub. Daha sonra Odessa Vilayət Prokurorluğu hücum nəticəsində həlak olanların sayının 10 nəfərə çatdığını açıqlayıb. Hadisə Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi, beynəlxalq dəniz daşımaları və müharibənin dəniz məkanında yaratdığı risklərlə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, Qara dənizdə Türkiyənin vasitəçiliyi ilə imzalanan taxıl sazişi qüvvədən düşdükdən sonra Rusiya bəyan etmişdi ki, Ukrayna limanlarına gedən və ya oradan çıxan mülki gəmilər döyüş bölgəsində olduqları üçün legitim hədəf hesab edilə bilər:

“Buna görə də həm Rusiyanın, həm də Ukraynanın gəmilərə qarşı hücumlarını müharibə şəraitinin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Çünki söhbət döyüş bölgəsindən gedir. İkinci məsələ ondan ibarətdir ki, Ukrayna da daha əvvəl Türkiyəyə məxsus gəmilərə qarşı hücumlar həyata keçirib. Hətta zaman-zaman “TürkAxını” və “Mavi Axın” qaz kəmərlərinə qarşı da hücum cəhdləri olub. Bu baxımdan hansı tərəfin hansı gəmiyə hücum etməsinin xüsusi əhəmiyyəti yoxdur. Bunun altını xüsusilə cızmaq lazımdır. Çünki söhbət müharibə zonasından gedir. Bundan əlavə, Ukraynanın Rusiyadakı enerji obyektlərinə və bəzi yaşayış məntəqələrinə pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlara cavab olaraq Rusiya Odessa başda olmaqla Qara dənizdəki limanlara genişmiqyaslı zərbələr endirir”.

A.Sezer qeyd edib ki, burada gəmilərin hansı ölkəyə məxsus olmasına görə seçilərək vurulmasından deyil, müharibə şəraitinin yaratdığı risklərdən danışmaq daha doğrudur:

“Türkiyə də bunu bildiyi və düzgün qiymətləndirdiyi üçün zaman-zaman hər iki tərəfi bu cür hücumlardan çəkinməyə çağırır. Bu səbəbdən də son hadisə ilə əlaqədar Türkiyənin tərəflərdən birini açıq şəkildə ittiham edən sərt bəyanat verəcəyini şəxsən gözləmirəm. Belə bir açıqlama verilsə belə, onun tonu kifayət qədər yumşaq olacaq. Ola bilsin ki, bəyanatı Xarici İşlər Nazirliyi deyil, Müdafiə Nazirliyi səsləndirsin. Buna görə də hesab etmirəm ki, bu hadisə Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə hər hansı ciddi problem yaradacaq.

Analitik söyləyib ki, Türkiyə beynəlxalq hüququn və dəniz daşımalarının təhlükəsizliyinin qorunması baxımından daim konstruktiv çağırışlar edirz:

“Lakin onun edə biləcəyi əsasən tərəfləri təmkinə dəvət etməkdir. Müharibənin gedişinə birbaşa müdaxilə etməsi mümkün deyil. Məsələnin maraqlı tərəfi odur ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə ticarət əlaqələrini davam etdirir. Hər iki ölkəyə Türkiyə bayrağı altında üzən gəmilər, Türkiyə şirkətlərinə məxsus gəmilər, eləcə də xarici bayraq altında üzsələr də heyətində türk vətəndaşlarının olduğu gəmilər səfərlər həyata keçirir.Hətta bu daşımaların böyük hissəsi Rusiyaya yönəlir. Çünki Türkiyə ilə Rusiya arasındakı ticarət dövriyyəsi Türkiyə-Ukrayna ticarətindən daha böyükdür. Təəssüf ki, mövcud vəziyyəti müharibənin reallığı kimi qəbul etmək lazım gəlir. Bununla yanaşı, insan itkiləri və mülki gəmilərə qarşı hücumlar heç bir halda qəbul edilə bilməz. Amma həm gəmi sahibləri, həm də sığorta şirkətləri bu marşrutların müharibə zonasından keçdiyini nəzərə alaraq fəaliyyət göstərirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyul 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri