Icma.az
close
up
RU
Aydın Sezer: Yavaş prezident seçilsə, CHP Türkiyəni parlamentli sistemə aparacaq

Aydın Sezer: Yavaş prezident seçilsə, CHP Türkiyəni parlamentli sistemə aparacaq

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl partiyasının prezidentliyə namizədi ilə bağlı açıqlamalar verib. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Özəl CHP-nin hazırkı prezidentliyə namizədi, İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsdə qalması durumunda mümkün ssenarini açıqlayıb:

 “İmamoğlu həbsdə qalmağa davam edərsə, CHP dayanmayacaq. Mən bir şəhərdə, Mansur Yavaş da başqa şəhərdə mübarizəni davam etdirəcək. Müavinlərim və millət vəkilləri başqa şəhərlərdə olacaqlar. Prosesi davam etdirəcəyik. İmamoğlunu həbsdə saxlasalar və ya (seçkilərdə iştirakına) qadağa qoysalar, 70 faiz səslə seçkini qazanacağıq. Konstitusiyaya dəyişiklik etmək üçün parlamentdə çoxluq əldə edəcəyik. 15 gün ərzində konstitusiya dəyişdiriləcək və İmamoğlu vəzifəsinin icrasına başlayacaq. 

Türk siyasətçi və yazar Aydın Sezer Sherg.az-a söyləyib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl bu gün Əkrəm imamoğlunun həbsdə olduğuna görə prezidentliyə namizəd  Mansur Yavaşın göstəriləcəyini söylədi:


“Mansur Yavaş Əkrəm İmamoğlu ilə birlikdə prezidentliyə ən böyük iki namizəddən biri idi. Hətta səs potensialına görə Mansur Yavaş daha yüksək namizəd sayılır. Özgür Özəlin sözügedən açıqlaması hələki Mansur Yavaş tərəfindən rezonans doğurmadı. Mansur bəyin bu məsələylə bağlı nə söyləyəcəyi hər kəs tərəfindən maraqla gözlənilir. Yavaş prezident seçiləcəyi halda Cümhuriyyət Xalq Partiyasının Anayasanı dəyişdirərək Türkiyəni parlamentli sistemə aparacağı gözlənilir. Beləliklə Əkrəm İmamoğlunun Türkiyə Cümhuriyyətinin Baş naziri olacağına yol açılacaq. Ancaq prezident Mansur Yavaş olsa belə CHP-nin Anayasını təkbaşına dəyişdirə biləcəyi də sual altındadır. Anayasanın 15 gün ərzində dəyişdirilməsi də sual doğurur. Ona görə də Anayasanın dəyişdirilməsi üçün referendumun olması mümkündür. Xalqın diqqətini çəkən əsas məsələ isə Cümhuriyyət Xalq Partiyasının mövzunu sadəcə prezident seçkisinə yönəltməsidir. Yəni CHP Türkiyənin iqtisadiyyat, təhsil, ədalət və başqa problemlərinə az diqqət göstərməsidir. Ortalıqda prezident seçkiləri olmadığı üçün Özgür Özəlin açıqlamasını gündəm üçün edildiyini deyə bilərik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri