Aydın Süleymanlı: Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır
Icma.az, Apasport saytına istinadən bildirir.
“Məqsədim Xankəndidə qaliblər sırasında yer almaqdır”
Apasport.az xəbər verir ki, bunu 11-ci Vüqar Həşimov Memorial turnirində Azərbaycanı təmsil edəcək şahmatçı Aydın Süleymanlı deyib. Zəka sahibi turnirin maraqlı mübarizə şəraitində keçəcəyini deyib:
“Bu mənim Vüqar Həşimovun xatirəsinə keçirilən turnirlərdə dördüncü iştirakım olacaq. Turnirdə güclü şahmatçılar mübarizə aparacaq. İştirakçı sayının altı olması yarışın daha da maraqlı olacağından xəbər verir. Məqsədim daha yaxşı çıxış etmək və Xankəndidə qaliblər sırasında yer almaqdır”.
Digər təmsilçimiz Rauf Məmmədov isə yarışla bağlı bunları söyləyib:
“Bütün rəqiblər güclüdür və çətin oyunlar olacaq. Demək olar ki, hər biri ilə maraqlı görüşlərimiz olub. Bu dəfə də bizi çox maraqlı yarış gözləyir. Çalışacağam ki, yaxşı çıxış edim və uğurlu nəticə qazanım”.
Qeyd edək ki, Xankəndidə keçiriləcək turnirə dekabrın 9-da start veriləcək.
Şahmat üzrə dünya kubokunun qalibi bəlli olub Şahmatçımız dünya çempionu olub - FOTO Dünya çempionatı: Qadınlardan ibarət Azərbaycan millisi finalda Dünya çempionatı: Millimiz yarımfinalda heç-heçə edib "Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















