Aydın Talıbzadə: Tanrı olmasaydı, biz onu yaradacaqdıq
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Baku TV-nin "Amin" verilişinin budəfəki buraxılışında Əməkdar incəsənət xadimi Aydın Talıbzadə ilə teatr və din mövzusu müzakirə olunub.
O, dinlə teatr arasındakı əlaqədən söz açıb:
"Teatrın bünövrəsində dini rituallar dayanır. Qədim hind və yapon mədəniyyətindən bu yana teatr məbəd kimi qavranılıb. Bu sahə mənəviyyata xidmət edən mühüm təzahürlərdən biridir. Mənəvi dəyərlərin əsasında isə Allahı nəyəsə görə yox, əbədi gözəlliyinə görə sevmək durur".
Aydın Talıbzadə "Mənəvi keyfiyyətlər üçün Tanrının varlığı önəmlidirmi?" sualını belə cavablandırıb:
"Tanrı mənəviyyatın başlanğıc nöqtəsidir. O, insana lazımdır. Tanrı olmasaydı belə, biz onu yaradacaqdıq. Çünki bu bizim qarşımızda elə bir dəyərdir ki, onu adlayıb keçəndə dünyanın harmoniyası pozulur. Bu gün niyə müharibələr var? Kimlərsə Tanrıya inanmır deyə. Bütün dinlər "öldürmə, çünki sən onu yarada bilməyəcəksən" deyir. Dinlərin məqsədi kamil insan yetişdirməkdir. Belə adamlar kimisə öldürmür".
Aydın Talıbzadə: "Tanrı olmasaydı, biz onu yaradacaqdıq"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 10 Oktyabr 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















