Ayətullah Sistani İranİsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı
Icma.az bildirir, Olke.az portalına istinadən.
"İraqda silah yalnız dövlətin əlində olmalıdır".
Ölkə.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bunu İraqda nüfuzlu ruhani liderlərindən olan ayətullah Əli Sistani BMT-nin nümayəndə heyəti ilə görüşdə bəyan edib.
O, İsrailin Qəzza və Livandakı müharibəsi, bəzi İraq qruplarının İsrailə raket və pilotsuz təyyarələrlə hücumları, həmçinin İranın İsrailin bu ölkəyə qarşı son hava hücumuna cavab vermə ehtimalı ilə yaranan görünməmiş gərginlik fonunda ölkəyə xarici müdaxilənin müxtəlif aspektlərinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Sistani, həmçinin, qanunun aliliyi, silahın yalnız dövlətin ixtiyarında olması və bütün sahələrdə korrupsiya ilə mübarizənin zəruriliyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 05 Noyabr 2024 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















