Ayətullah Xameneinin dəfnində hansı ölkələrin rəsmiləri iştirak edəcək?
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Sabah İranın mərhum Ali Rəhbəri Ayətullah Xamenei ilə vida mərasimi keçiriləcək.
“Yeni Sabah” ILNA-ya istinadla xəbər verir ki, mərasimdə təxminən 40 ölkədən yüksək vəzifəli şəxslər və müxtəlif ölkələrin rəhbərləri iştirak edəcəklər.
Artıq bəzi qonaqların adları məlumdur. pizza mizza
O cümlədən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Tacikistan Prezidenti Emomali Rəhmon, İraq Prezidenti Nizar Amidi və İraq Nümayəndələr Palatasının sədri Heybət Əl-Halbusi, Türkmənistan xalqının ümummilli lideri və Xalq Şurasının rəhbəri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Gürcüstan Prezidenti Mixail Kavelaşvili, Pakistanın Baş naziri Şahbaz Şərif, Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkiyə vitse-prezidenti Cevdet Yılmaz, “Taliban” hökumətinin Baş naziri Molla Həsən Axund, Banqladeş Baş naziri Tariq Rəhman və Banqladeş parlamentinin sədri Hafizuddin Əhməd, Qazaxıstanın xarici işlər naziri Yermak Kuşerbayev və s. rəsmi, habelə bir sıra tanınmış ictimai və dini xadim vida və iyunun 9-da baş tutacaq dəfn mərasimlərinə qatılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















