Icma.az
close
up
RU
Ayətullaların gizli kripto birjası üzə çıxdı KONKRET

Ayətullaların gizli kripto birjası üzə çıxdı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Reuters” agentliyinin araşdırmasına görə, İranın ali rəhbəri Xamenei klanına yaxın olan nüfuzlu Xarrazi ailəsi tərəfindən yaradılmış kriptovalyuta birjası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sanksiyalardan yayınması və milyonlarla dollarlıq vəsaitlərin köçürülməsi üçün əsas mərkəzə çevrilib.

KONKRET.az xəbər verir ki, Xarrazi ailəsindən olan iki qardaş 2018-ci ildə “Agamir” soyadı altında “Nobitex” birjasını təsis ediblər. Bu platforma ABŞ sanksiyalarına baxmayaraq, hətta hazırkı müharibə dövründə belə pul köçürmələrinə imkan verən paralel maliyyə sisteminin mərkəzi qovşağı olub. Məlumata görə, “Nobitex” İran Mərkəzi Bankı və SEPAH da daxil olmaqla, sanksiya siyahısında olan qurumlarla bağlı yüz milyonlarla dollarlıq tranzaksiyalar həyata keçirib. Ölkə əhalisinin 10%-dən çoxunu (təxminən 11 milyon istifadəçi) əhatə edən birja İrandakı kriptovalyuta əməliyyatlarının 70%-nə nəzarət edir.

Sanksiyadan yayınma sxemi dələduzluğa görə məhkum edilmiş iranlı milyarderin sosial şəbəkələrdə paylaşdığı rəqəmsal cüzdan ünvanları vasitəsilə ifşa olunub. Araşdırmalar göstərir ki, “Nobitex” İranın dünya bazarlarına çıxışını təmin edən “körpü” rolunu oynayır və bank sisteminə çıxışı olmayan müttəfiqlərə vəsait ötürülməsinə xidmət edir. Şirkət isə hökumətlə birbaşa əlaqələri inkar edərək, qanunsuz köçürmələrin rəhbərliyin xəbəri olmadan edildiyini iddia edir. Maraqlıdır ki, 2022-ci ildə “Binance” birjasının da “Nobitex”ə ABŞ sanksiyalarından yan keçməklə 7,8 milyard dollar köçürdüyü bildirilir. Hazırda ABŞ-ın “JPMorgan Chase” və “Citibank” kimi nəhəng bankları da bu çirkli pulların yuyulmasında iştirak şübhəsi ilə yoxlanılır.

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 May 2026 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri