Ayfon 18 in bu xüsusiyyəti məyusluq yaradacaq
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Əpl (Apple) növbəti nəsil baza modellərində operativ yaddaşın həcmini gözləniləndən daha aşağı səviyyədə saxlayacaq.
Axar.az xəbər verir ki, bu barədə “TF İnternational Securities” analitiki Minq-Çi Kuo məlumat yayıb.
Analitikin iddiasına əsasən, standart Ayfon-18 və büdcə seqmentinə aid Ayfon-18E modeli cəmi 9 GB RAM ilə təchiz ediləcək. Bu, hazırkı baza modellərindəki 8 GB operativ yaddaşla müqayisədə cüzi artım olsa da, bazarda gözlənilən 12 GB RAM səviyyəsinə çatmayacaq.
Bildirilir ki, Əpl yeni A20 prosessoru ilə birlikdə hər biri 1,5 GB olan altı yaddaş çipindən ibarət konfiqurasiyaya üstünlük verib. Kuo bunun səbəbini komponentlərin yüksək qiyməti və tədarük zəncirindəki məhdudiyyətlərlə izah edib.
Prosessorun məhsuldarlığı təxminən 15% artacaq. Enerji səmərəliliyi A19 prosessoru ilə müqayisədə 30%-dək yaxşılaşacaq. Süni intellekt funksiyalarının işi daha da təkmilləşdiriləcək.
Ayfon-18 seriyasının ənənəvi olaraq 2026-cı ilin payızında, Ayfon-18E modelinin isə məlumatlar təsdiqlənərsə, 2027-ci ilin yazında təqdim olunacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 İyun 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















