Icma.az
close
up
RU
Aygün Kazımova həyatını ekranlaşdırdı Film kimi Etiraf

Aygün Kazımova həyatını ekranlaşdırdı Film kimi Etiraf

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Xalq artisti Aygün Kazımova ənənəsinə sadiq qalaraq bu il də ad günündə sevənlərinin qarşısına böyük və tam fərqli layihə ilə çıxıb.

BAKU.WS xəbər verir ki, Pop kraliça bu dəfə 38 illik musiqi fəaliyyətində zirvəyə qalxma hekayəsini göstərib. Kazımova həyatından bəhs edən "Etiraf" adlı mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.

Sözləri Nəriman Abbaszadə və İsmayıl Əsədov, musiqisi İsmayıl Əsədova məxsus olan mahnının ekran həlli məşhur türkiyəli rejissor Selim Akara həvalə edilib. Mahnının musiqi prodüseri Stefani Mgebrişvilidir.

Ölkənin əsas ulduzu bəstəni Nikoloz Raçveli və Gürcüstan Filormoniya Orkestrının müşayiəti ilə oxuyub. Orkestrda 70-dən çox musiqiçi yer alıb.

Türkiyədə lentə alınan klip üzərində 150 nəfərdən çox insanın yer aldığı komanda çalışıb. Aylarla davam edən hazırlıqlardan sonra ekran işi tək bir dubla lentə alınıb. Çəkilişdə Hollivud filmlərində istifadə edilən texniki vasitələrin yer aldığı şirkətlə çalışılıb.

"Etiraf" tək klip yox, Kazımovanın həyatını əks etdirən qısa filmdir. Bəstə sırf A.Kazımova üçün yazılıb. Müğənni burada həyatını, musiqi karyerasında zirvəyə gedən yolda yaşadıqlarını, uğurlarını və uğursuzluqlarını dilə gətirib.

"Həyatımın etirafı ilə qarşınızdayam" deyən Pop kraliça illərdir yığdığı təcrübəni, yaşadığı bütün çətinlikləri, ağrıları və zəfərləri musiqi vasitəsilə izah edib.

Aygün Kazımova bildirib ki, bu mahnını arzuladığı kimi təqdim etmək üçün illərdir gözləyir:

"Dünya ulduzlarının bu cür işlərini görürdüm, deyirdim, necə bacarıblar. Hər zaman belə bir iş təqdim etmək arzum olub. Bu ad günümdə ən böyük arzumu gerçəkləşdirdim. Rejissor Selim Akar mənə möhtəşəm iş təklif etdi. Təkcə mahnını həmin orkestrla yazmaq üçün neçə il gözlədim. Çünki növbəyə yazılmışdım. Bu layihə ilə mən çox arzumu gerçəkləşdirmiş oldum. Bioqrafiyamda bir yenilik idi. Mahnının sözlərini yazan Nəriman iş adamıdır. Onunla üçüncü işimizdir. Həyatımın etirafı, yaradıcılığımın mahnısıdır".

Müğənni klip üçün eyni zamanda səhnə sənətləri rejissoru Uğur Baburhandan dərs alıb. Aygün Kazımovaya klip boyunca dəstək olanlar arasında modelyer Rüfət İsmayıl da yer alıb. Müğənni Hakan Akkayanın "New York Fashion Week" kolleksiyasından seçilən geyimlərdən istifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri