Aygün Kazımova sirkdə Məclis qurub, halqadan sallanıb, rep oxudu
Icma.az bildirir, Shownews portalına istinadən.
Xalq artisti Aygün Kazımova yenidən uzun müddət gündəmi alt-üst edəcək layihə hazırlayıb.
Pop kraliça bu dəfə də ilkə imza ataraq rep janrında mahnı oxuyub. “Məclis” mahnısı üçün Diva klip də çəkdirib. Söz və musiqisi Abbas İsmayılova (Asoundady) məxsus olan “Məclis”in ekran həlli rejissor Delee Orucluya həvalə edilib. Layihə üçün yerli və əcnəbi komanda 2 gün çalışıb.
Ekran işi həm Bakı Dövlət Sirkində, həm də həmin ərəfədə Azərbaycana xaricdən gətirilən sirk pavilyonunda lentə alınıb. Klipdə yerli və xarici peşəkar sirk aktyorları - akrobatlar, janqlyorlar, kaskadyorlar və rəqqaslar çəkiliblər. Pop Diva ən təhlükəli kadrlardan birində isə hündürlükdə halqadan sallanıb. Ekran işində sirk heyvanlarından da istifadə edilib.
Al-əlvan rəngləri, yüksək enerjisi və vizual həlləri ilə seçilən klipdə Ölkənin əsas ulduzu beş fərqli obrazda kamera qarşısına keçib. Müğənninin saç və makiyajı üzərində Günəş Nur və Tolqahan Karataş çalışıb. Layihənin kreativ direktoru dünyaca məşhur dizayner Rüfət İsmayıldır.
Mahnı ötən gün gecə yayımlansa da artıq, "Apple Music"də bir neçə saata rəsmi türkdilli rep pleylisti "Breaking Turkish Rap" də yer alıb.
Baxış sayı:189
Bu xəbər 12 İyun 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















