Aygün Kazımovanın illər əvvəlki VİDEOsu yenidən gündəmdə
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq artisti, Azərbaycanın Pop Divası Aygün Kazımovanın illər əvvəl keçirilən konsertlərindən birinə aid maraqlı görüntü sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, kadrlarda məşhur sənətçi səhnəyə dəvət olunan azyaşlı fanatı ilə pozitiv, səmimi və zarafatcıl dialoq qurmağa çalışır.
Uşağın həyəcanlı olduğunu görən Aygün Kazımova onu sakitləşdirməyə çalışır, mehribanlığı və diqqəti ilə bütün zalın rəğbətini qazanır. Pop Divaların jestləri, səmimiyyəti və uşağa yönəltdiyi incə sözlər izləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Görüntülər sosial mediada sürətlə yayılıb və istifadəçilər tərəfindən çoxsaylı müsbət rəylər yazılıb. Şərhlərdə Aygün Kazımovanın illərdir dəyişməyən səhnə mədəniyyəti, uşaq sevgisi və pozitiv enerjisi yüksək qiymətləndirilib.
Bir çox izləyici videonun altına "Aygün xanımın səmimiyyəti hər zaman seçilib", "Pop Diva səhnədə də, həyatda da böyüklüyünü göstərir", "Bu görüntülər uşaqlıq xatirələrimizi qaytardı" kimi şərhlər yazıblar.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 Noyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















