Aygün Kazımovanın mənə 3000 dollar borcu var (Video)
Icma.az bildirir, Milli.az portalına istinadən.
Müğənni Rəqsanə İsmayılova Xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı açıqlama verib.
Milli.Az-ın məlumatına görə, sənətçi "1001" şounun efirdə çıxışı zamanı vaxtilə repertuarı ilə bir çox müğənninin toy məclislərində tanınmasına kömək etdiyini bildirib. O, əvvəllər "bozbaş mahnılar oxuyur" deyərək tənqid olunduğunu, indi isə bəzi Xalq artistlərinin onun mahnılarını ifa etdiyini söyləyib.
Rəqsanə Aygün Kazımovanın da vaxtilə onun mahnılarından birini oxuduğunu açıqlayıb. Müğənninin sözlərinə görə, həmin vaxt Aygün Kazımova Rəhim Rəhimli vasitəsilə onunla əlaqə saxlayaraq mahnını ifa etmək üçün müraciət edib.
"Dedim ki, mahnıya 3 min dollar pul vermişəm. Heç olmasa, mahnıya və aranjimana xərclədiyim pulu qaytarın. Vermədilər. Aygün xanım bu gün də mənə borcludur", - deyə Rəqsanə bildirib.
İfaçı sonradan Aygün Kazımova ilə şəxsən danışdığını və aralarında razılıq əldə olunduğunu da qeyd edib. Bununla belə, mahnısının ifa edilməsinə baxmayaraq, ona heç bir ətir belə göndərilmədiyindən gileylənib.
Rəqsanənin bu açıqlaması şou-biznesdə müğənnilər arasındakı münasibətləri yenidən gündəmə gətirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:114
Bu xəbər 20 Oktyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















