Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

AYİB in Azərbaycanda su layihəsi

AYİB in Azərbaycanda su layihəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qurum sahənin səmərəli fəaliyyət proqramını hazırlayır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeliyindəki təşkilatlar üçün Maliyyə və Əməliyyat Səmərəliliyinin Artırılması Proqramının başladıldığını elan edib.

AYİB-in yaydığı məlumata görə, bu, Avropa İttifaqı (Aİ) tərəfindən birgə maliyyələşdirilən və “Aqwadem Consulting” şirkətinin dəstəyi ilə həyata keçirilən texniki yardım layihəsidir. Təşəbbüsün 
koordinatoru, AYİB-in infrastruktur sektoru və iqtisadi idarəetmə islahatları üzrə II səviyyəli baş məsləhətçisi Yelena Çirkoviç qeyd edib ki, proqramın məqsədi ölkənin su sektorunda idarəetmənin gücləndirilməsi, əməliyyat və maliyyə dayanıqlığının artırılması, həmçinin satınalma sahəsi də daxil olmaqla ekoloji və iqtisadi cəhətdən səmərəli təcrübələrin tətbiqidir.

AYİB Gəncənin su ehtiyatlarının idarəetmə sistemlərinin modernləşdirilməsinin maliyyələşdirilməsi üçün 35 milyon avro ayırıb, bununla bağlı kredit sazişi 2025-ci ilin yanvarında imzalanıb. Layihə həmçinin Aİ-nin ayırdığı 5 milyon avroya yaxın qrant hesabına da maliyyələşdiriləcək.

Ayrılmış vəsait su kəməri, kanalizasiya kollektorları, su anbarları, yağış sularını idarəetmə sistemləri, həmçinin digər köməkçi infrastrukturun tikintisinə yönəldilib. Bu tədbirlər əhalinin bütün növ su xidmətlərinə çıxışını yaxşılaşdıracaq və eyni zamanda şəhərin iqlim dəyişikliyinin nəticələrinə qarşı dayanıqlığını artıracaq.

Gəncə 2020-ci ildə AYİB-in “Yaşıl şəhərlər” proqramına qoşulub. Su infrastrukturu üzrə cari layihə bankın bu şəhərdə üçüncü böyük investisiya layihəsi olub. 2022-ci ildə AYİB tullantıların idarəetmə sisteminin modernləşdirilməsi üçün maliyyələşdirməni təmin edib, daha sonra isə şəhərin küçə işıqlandırma infrastrukturunun təkmilləşdirilməsini dəstəkləyib.

Bu il aprelin 30-na olan məlumata görə, AYİB-in Azərbaycanda ümumi kredit portfeli 1,004 milyard avroya çatıb. Ümumilikdə bank ölkəyə 3,778 milyard avrodan çox investisiya qoyub və iqtisadiyyatın müxtəlif sektorlarında 197 layihə həyata keçirib. Bu məbləğdən ödənilən vəsait 3,089 milyard avro, ümumi kumulyativ ödənişlər və verilmiş zəmanətlərin həcmi isə 3,41 milyard avro təşkil edib.

Xatırladaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq ölkəmizin iqtisadi inkişaf strategiyasının mühüm komponentlərindən birinə çevrildi. Bu qurumlardan biri də AYİB oldu. 

1991-ci ildə təsis olunan bu bank keçid iqtisadiyyatları üçün bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan dayanıqlı inkişafı təşviq etməyi qarşıya mühüm məqsəd kimi qoyub. Azərbaycanla AYİB arasında əməkdaşlıq isə 1992-ci ildən başlayaraq tədricən dərinləşib və müxtəlif sektorlarda konkret nəticələrlə öz ifadəsini tapıb. 

AYİB respublikamızda fəaliyyətinə 1992-ci ildə ölkənin quruma üzv qəbul olunması ilə başlayıb. Bankın ilk investisiyaları 1990-cı illərin ortalarında enerji sektoru və maliyyə xidmətlərinə yönəlib. Azərbaycanın zəngin enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılmasında AYİB-in rolu xüsusilə önəmli olub. Bu dövrdə bu bank Bakı – Tbilisi – Ceyhan (BTC) əsas ixrac boru kəməri və “Şahdəniz” qaz layihəsi kimi irimiqyaslı enerji layihələrinin maliyyələşdirilməsində iştirak edib. Bu investisiyalar Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini daha da möhkəmləndirib.

2000-ci illərdən etibarən AYİB-in Azərbaycandakı fəaliyyəti təkcə enerji deyil, həm də qeyri-neft sektorunun inkişafına dəstək vermək istiqamətində genişlənməyə başlayıb. Bu mərhələdə bank daha çox özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın (KOB) inkişafına yönəlmiş layihələrə diqqət ayırıb.

Qeyd edək ki, respublikamızın enerji sahəsində əldə etdiyi uğurlarda AYİB-in payı az deyil. Bank Dövlət Neft Şirkətinin bəzi investisiya layihələrinin maliyyələşdirilməsində, o cümlədən emal və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində mühüm rol oynayıb. Son illərdə bank bərpa olunan enerji sektoruna da diqqət yetirməyə başlayıb. 2020-ci illərdə AYİB Azərbaycanda günəş və külək enerjisi layihələrinin inkişafı üçün hüquqi-institusional mühitin yaradılmasına texniki yardım göstərib. Bu, Azərbaycanın “yaşıl” enerji keçidinə dəstək verən vacib addımlardandır.

AYİB-in strateji prioritetlərindən biri də özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın gücləndirilməsidir. Bank Azərbaycan üzrə bir sıra yerli bank və maliyyə institutları ilə əməkdaşlıq edərək KOB-ların maliyyə resurslarına çıxışını asanlaşdırıb. Kredit xətləri, texniki yardım və konsultasiya proqramları vasitəsilə bank yüzlərlə sahibkara öz bizneslərini böyütmək imkanı yaradıb.

Sözügedən maliyyə qurumu Azərbaycan maliyyə sektorunun inkişafı üçün texniki dəstək və sərmayələr ayırmaqla bu sahədə struktur islahatlarına mühüm töhfə verib. Bank qadın sahibkarlığının maliyyələşdirilməsinə xüsusi diqqət ayıraraq inklüziv maliyyə alətlərini təşviq edib. 

Son illərdə bank Azərbaycanda nəqliyyat və logistika infrastrukturunun inkişafına da maraq göstərib. Bank regionlararası əlaqəliyin gücləndirilməsi və Orta Dəhliz kimi beynəlxalq təşəbbüslərin dəstəklənməsi baxımından mühüm layihələrdə iştirak edib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və dəmir yolu infrastrukturunun inkişafı kimi layihələr AYİB-in diqqətində saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:313
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri