AYİB in ölkəmizdə yatırımı 888 milyon avroya çatıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı ilin iyul ayının sonuna Azərbaycandakı layihələr portfeli ilə bağlı məlumatları açıqlayıb. Yenilənmiş məlumatlara əsasən, qurumun ölkəmizdəki layihələr portfelinin ümumi həcmi 888 milyon avro təşkil edir və 35 layihəni əhatə edir.
AYİB-in hesabatında qeyd olunur ki, bankın bu layihələrdə iştirak payı 1 faiz, əməliyyat aktivlərinin həcmi isə 715 milyon avro qiymətləndirilir. Portfelin strukturunda korporativ sektorun payı 3 faiz, maliyyə institutlarının payı 7 faiz, dayanıqlı infrastrukturun payı isə 89 faiz təşkil edir. Portfelin ümumi dəyərində özəl sektorun payı 41 faizdir. Ümumilikdə isə, layihələr portfelindəki vəsait bankın Azərbaycana yatırdığı ümumi investisiyaların, təxminən, 23,8 faizini təşkil edir. 3 milyard 508 milyon avro həcmində ödənişlər və verilmiş zəmanətlər toplanmış ümumi investisiyaların isə, təxminən, 94,1 faizinə bərabərdir.
Xatırladaq ki, AYİB Azərbaycanda fəaliyyətə başladığı vaxtdan ölkə iqtisadiyyatına, ümumilikdə, 3 milyard 728 milyon avro investisiya yatırıb. Ayrılmış vəsaitlərin ümumi həcmi isə 3,508 milyard avro təşkil edir. Bank bugünədək ölkəmizdə 202 layihənin həyata keçirilməsinə dəstək göstərib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 19 Sentyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















