Icma.az
close
up
RU
Ayılar Quba kəndlərinə niyə hücum edib? AMEA dan REAKSİYA

Ayılar Quba kəndlərinə niyə hücum edib? AMEA dan REAKSİYA

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Quba rayonunda ayılar iki kəndə hücum ediblər. Belə ki, ayılar rayonun Xanagah kəndinə hücum edərək, sakinlərə məxsus inək və balasını yaralayıblar.

Bundan əlavə, Quba rayonunun Səbətlər kəndində də ayılar yerli sakinlərə məxsus heyvanları parçalayıb.

Sakinlərin sözlərinə görə, kənd ərazisində və kəndə yaxın meşəlik ərazidə gəzmək artıq riskli bir hal alıb.

Modern.az-a AMEA-nın Zoologiya İnstitutundan bildirilib ki, yaxın aylarda ayılarla bağlı müşahidələrdə yalnız tək-tək hücumlara rast gəlinib, buna səbəb isə ayıların qrup halında ov etməmələridir.

“Hazırda ayıların qış yuxusuna hazırlaşdıqları dövrdür və bu səbəbdən onlar kifayət qədər piy toplayaraq təbiətin dərinliklərində sakit yerlərdə mağara axtarırlar. Ayılar digər yırtıcılardan fərqli olaraq yalnız ətlə qidalanmır, xüsusən bu dövrdə karbohidratla zəngin meyvə və giləmeyvələrə üstünlük verirlər. Kənd ətrafındakı bağlarda və meşələrdə böyürtkən, zoğal, əzgil, cır armud kimi ağac və kolların çoxluğu onların qışa hazırlığı üçün əlverişli şərait yaradır. Ayıları insan məskənlərinə cəlb edən əsas səbəblərdən biri də məişət tullantılarıdır. Kəndlərin ətrafında yaranan zibilliklərdə ayılar asan qida mənbəyi tapdıqları üçün ora gəlirlər”.

Məlumatda vurğulanıb ki, bu səbəbdən ayıların insan məskənlərinə yaxınlaşmaması üçün məişət tullantılarının vaxtında utilizasiyası vacibdir:

“İnsan məskənləri genişləndikcə ayıların təbii yaşayış yerləri daralır. Əslində ayılar kəndə gəlmir, kənd ayıların evinə soxulub”.

Əlavə olaraq bildirilib ki, tarix boyu ayılarla insanlar arasında konflikt halları olub:

“Ona görə də bu hadisələri normal qarşılayaraq, həm özünü, həm də təsərrüfatı qorumaq qaydalarını bilmək vacibdir ki, gələcəkdə hücumların qarşısı alınsın”

Hazırda insana qarşı hücumla bağlı məlumat yoxdur, yalnız iki kənddə ev heyvanlarına hücum barədə məlumat daxil olub”,- məlumatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri