Icma.az
close
up
RU
Ayın 13 ü CÜMƏ İnsanlar həmin gündən niyə qorxurlar?

Ayın 13 ü CÜMƏ İnsanlar həmin gündən niyə qorxurlar?

Icma.az bildirir, Lent az portalına istinadən.

13 rəqəmi və cümə gününün birləşməsi bir çox mədəniyyətdə uğursuzluğun simvolu kimi qəbul edilir. Bu inancın arxasında isə din və mifologiyanın bir-birinə qarışdığı uzun bir tarix dayanır. Ayın 13-nün cüməyə düşməsi xüsusilə Qərb mədəniyyətlərində uğursuzluqla eyniləşdirilir.

Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu qorxu tək bir hadisəyə bağlı deyil, zamanla yığılan dini və tarixi təsəvvürlərin nəticəsidir.

13 rəqəminin “uğursuz” imici

Bir çox mədəniyyətdə 12 rəqəmi “tamlıq” və “nizam” anlayışı ilə əlaqələndirilir. Məsələn 12 ay, 12 bürc, 12 həvari...

Bu nümunələr 12-ni tamamlanmışlıq rəmzi kimi gücləndirir. Onun ardınca gələn 13 isə “artıqlıq” və “tarazlığın pozulması” kimi qəbul edilir.

Xüsusilə xristian ənənəsində Son Şam Yeməyi zamanı masada olan 13-cü şəxsin İsanı satan Yahuda olduğu inancı, bu rəqəmin mənfi çağırışlar qazanmasına səbəb olub.

Cümə gününün “qaranlıq şöhrəti”

Cümə gününə mənfi münasibət də ən az 13 rəqəmi qədər qədimdir. Xristian inancına görə, İsanın çarmıxa çəkildiyi günün cümə olması bu günə bədbin məna yüklənməsinin əsas səbəblərindən biri sayılır.

Orta əsrlərdə edamların çox vaxt cümə günü həyata keçirilməsi, həmçinin dənizçilər arasında cümə günü səfərə çıxmağın uğursuz hesab edilməsi bu təsəvvürü daha da gücləndirib.

Tarixdən qaynaqlanan əfsanələr

13-cü Cümə ilə bağlı ən məşhur tarixi hekayələrdən biri 1307-ci ilə gedib çıxır. Həmin il Fransa kralı IV Filippin Tapınak Cəngavərlərini cümə günü həbs etdirdiyi bildirilir.

Əməliyyatın ayın 13-nə təsadüf etməsi və sonradan bir çox cəngavərin edam olunması bu tarixin “uğursuzluq simvolu” kimi tanınmasına təsir edib. Lakin tarixçilər hesab edir ki, 13-cü Cümə qorxusu təkcə bu hadisədən yox, ümumilikdə zamanla formalaşan mədəni inanclardan qaynaqlanır.

Müasir dövrdə 13-cü cümə

Bu gün 13-cü cümə populyar mədəniyyətin təsiri ilə daha çox qorxu filmləri, romanlar və şəhər əfsanələri ilə əlaqələndirilir. Bəzi otellərdə 13-cü mərtəbənin buraxılması, təyyarələrdə 13 nömrəli oturacağın olmaması kimi nümunələr bu batil inancın hələ də nə qədər güclü olduğunu göstərir.

Bununla belə, elmi araşdırmalar 13-cü cümə günlərində qəza və ya bədbəxt hadisələrin artdığına dair konkret sübut olmadığını ortaya qoyur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Yanvar 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri