Icma.az
close
up
RU
“Ayın 4 ü evə buraxıldı, 5 i öldü” Həkimləri ittiham edirlər

“Ayın 4 ü evə buraxıldı, 5 i öldü” Həkimləri ittiham edirlər

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qax rayonunun Turaclı kənd sakini Aynurə Seyidəliyeva bir neçə ay öncə əməliyyat olunan və daha sonra vəfat edən qayınanasının ölümündə həkimləri günahlandırır.

“Qafqazinfo”ya müraciət edən Aynurə Seyidəliyeva Avropa Beynəlxalq Hospitalının həkimi Sevinc Babayeva tərəfindən əməliyyat olunan 71 yaşlı Ayşad Seyidəliyevanın səhlənkarlıq səbəbi ilə həyatını itirdiyini iddia edib.

Onun sözlərinə görə, xəstə ayağındakı sağalmayan yara ilə bağlı Qaxdan Bakıya gətirilib: “Şəkidə keçirilən doppler müayinəsində damarların quruduğu, yaranın da buna görə sağalmadığı bildirildiyi üçün Bakıda damar əməliyyatı təyin olunub. Ayşad Seyidəliyeva aprelin 15-i icbari tibbi sığorta göndərişi ilə Avropa Beynəlxalq Hospitalında həkim-invaziv radioloq Sevinc Babayeva tərəfindən əməliyyat olunub.

Əməliyyat başlayandan sonra həkimin assistenti Ramidə telefonla əlaqə saxlayaraq 600 manat ödəniş tələb edib. Biz bildirdik ki, axı bu icbari sığorta göndərişi ilə xəstə əməliyyat olunur. Bizə dedilər ki, “nə olsun? Həkimin hörmətini etmək lazımdır”. Püstə adlı xanım gəlib bizdən 600 manat pulu aldı. Bu xanım Avropa Hospitalında müdir müavini işləyir. Biz ödənişi rəsmi qaydada ödəmək istədiyimizi tələb edəndə pulu əldən ödəməyimizi dedilər. Xəstəmiz də əməliyyatda idi və biz o anda həkim deyəni etdik. Birinci əməliyyat yaxşı keçdi, nəticəni də 15 günə görürdük. Həkim bildirdi ki, daha yaxşı sağalması üçün ikinci ayaq da əməliyyat olunmalıdır”.

Şikayətçi qayınanasının ikinci əməliyyat üçün aprelin 29-u yenidən xəstəxanaya çağırıldığını söyləyib. İddialara görə, heç bir analiz götürülmədən xəstə əməliyyata alınıb və gecə yenidən 600 manat tələb olunub. Daha sonra məbləğ 500 manata endirilib. Ailə ümumilikdə iki əməliyyata 1100 manat qeyri-rəsmi ödəniş etdiyini bildirir: “Əməliyyatdan sonra “səhər saat 10-da xəstənizi gəlib çıxararsız” dedilər. Deyilən vaxtdan 30 dəqiqə gecikmişdik, gördük ki, xəstə dəhlizdə oturub bizi gözləyir. Rəngi ağarmış və halsız vəziyyətdə idi. Dedilər əməliyyatdan yeni çıxdığı üçündür, düzələcək. Eyni qayda ilə ilk dəfə olduğu kimi Sevinc Babayevadan xəstə haqqında heç bir məlumat almaq mümkün olmadı.

İkinci əməliyyatdan sonra qayınanamın vəziyyəti ağırlaşdı, qan təzyiqi düşdü və qarnı şişdi. Həkimə məlumat verilsə də, “əməliyyatdan sonra normaldır” cavabını aldıq. Daha sonra o, MRT müayinəsinə göndərildi və məlum oldu ki, ikinci əməliyyat zamanı damar zədələnməsi nəticəsində daxili qanaxma baş verib”.

Mərhumun gəlininin sözlərinə görə, daha sonra məlum olub ki, ikinci əməliyyatı həkimin özü yox, köməkçiləri edib: “Amma həkim özü bunu inkar etdi. İcbari sığorta xəstəni “Kəpəz Hospitalı”na göndərdi. Biz icbari sığorta göndərişi ilə getdiyimizə baxmayaraq, Seymur Musayev bizdən 2500 manat pul tələb etdi, məsələni aydınlaşdırdıqda isə qalmaqal yaratmağa çalışdı. Sonradan xəstəmiz digər palataya köçürüldü, başqa həkimə həvalə olundu. Bizdən 150 manat palata pulu alındı”.

Aynurə Seyidəliyeva qeyd edib ki, xəstə mayın 4-ü evə buraxılıb, lakin mayın 5-i vəziyyəti kəskin pisləşib. Təcili yardım çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, hadisənin həkim səhlənkarlığı nəticəsində baş verdiyini iddia edib və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa müraciət olunduğunu deyib.

Məsələ ilə bağı mövqeyini öyrənmək üçün Seymur Musayevlə əlaqə saxlasaq da, o bu hadisədə adının hallanmasını istəmədiyini bildirdi.

İlk əməliyyatı icra edən Sevinc Babayeva isə ümumiyyətlə, müraciətimizə cavab vermədi.

Lamiyə Məmmədova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri