Aylıq 60 min qazanca ümid edirdi 300 min manat itirdi
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Külli miqdarda dələduzluqda ittiham edilən 42 yaşlı Rusif Əliyevə (soyad şərtidir) hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli hesab edib.
Araşdırmalarla müəyyən edilib ki, Rusif Ruslan adlı tanışı vasitəsilə tanıdığı Arzu adlı sahibkara 300 min manat pul “atıb”. Belə ki, Abşeron rayonu Masazır qəsəbəsində çoxsaylı binaların olduğu “Qurtuluş 93” yaşayış kompleksinin meneceri Ruslan Kasyumov Arzuya armatur biznesində yaxşı pul olduğunu deyərək onu Rusiflə tanış edib. Onlar Arzuya bu biznesə 300 min manat qoyacağı təqdirdə aylıq 50-60 min manat qazanacağını söyləyiblər. Ruslan həmçinin bildirib ki, kompleksin Rusifə yarım milyona qədər borcu var və bu biznesin zərərlə üzləşmə ehtimalı yoxdur.
Bundan sonra Arzu Rusiflə paytaxtın Yasamal rayonunda görüşərək ona hissə-hissə olmaqla 300 min manat verib. Lakin bir müddət sonra ona vəd edilən gəlir ödənilməyib. Eyni zamanda verdiyi pulların əsas hissəsini də ala bilməyib.
Araşdırmalar zamanı məlum olub ki, Ruslan Kasyumov 2024-cü ildə Azərbaycanı tərk edib.
Zərərçəkmiş sahibkar məhkəmədə bildirib ki, bu işdə Ruslanın da rol oynadığını düşünür və o da məsuliyyətə cəlb edilməlidir.
Məhkəmənin hökmü ilə Rusifə 6 il 6 ay həbs cəzası verilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Yanvar 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















