Aylıq 6,3 milyard giriş: Dünyanın beşinci ən çox ziyarət edilən saytı
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ChatGPT aylıq ziyarətçi sayına görə dünyanın ən populyar saytları arasında ilk beşliyə daxil olub və yalnız Google, YouTube, Facebook və Instagramdan geri qalır.
Qaynarinfo xəbər verir ki, bu barədə PCMag yazır, məlumatı isə Similarweb analitik platforması 2025-ci ilin sentyabr ayı üzrə açıqlayıb.
Şirkətin məlumatına görə, təkcə bir ay ərzində ChatGPT təxminən 6,3 milyard ziyarət əldə edib və bu, generativ İA platformalarına düşən ümumi trafikin 76%-i deməkdir. Çat-botlar arasında ikinci yerdə Google Gemini dayanır – bir qədər 1 milyarddan çox ziyarət və 12,57% payla.
Ümumilikdə, çat-botlara trafik illik müqayisədə 76% artıb, mobil tətbiqlərdə sessiyaların sayı isə yeddi dəfə yüksəlib. Digər xidmətlər daha kiçik paya malikdir: Çin DeepSeek-in payı təxminən 4%, X-in Grok-u və Perplexity isə hər biri 2%-dən bir qədər çox göstəriciyə sahibdir.
İstifadəçilərin yaş profili də dəyişib. 2023-cü ildə çat-bot auditoriyasının 61%-i 18–34 yaş aralığında idisə, 2025-ci ildə onların payı 53%-ə düşüb. Əvəzində 45 yaş və yuxarı istifadəçilər artıq ümumi auditoriyanın təxminən 30%-ni təşkil edir.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Dekabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















