AYNA: Bu il özəl daşıyıcıların ölkəyə 100dən artıq avtobus gətirməsi gözlənilir
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Bu il Azərbaycandakı özəl daşıyıcıların ölkəyə 100-dən artıq avtobus gətirməsi gözlənilir.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, ötən il 200 avtobus təmir edilərək xəttə qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilib.
"Özəl daşıyıcılar 60 yeni avtobus gətirib və bunun bir hissəsi artıq istismara buraxılıb. 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 yeni marşrut yaradılıb", - deyə AYNA sədri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 10 Yanvar 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















