Icma.az
close
up
RU
AYNA: COP29un ilk günü şatllardan 35 min sərnişin istifadə edib

AYNA: COP29un ilk günü şatllardan 35 min sərnişin istifadə edib

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk günündə təşkil edilmiş 18 HUB-dan etibarlı nəqliyyat əlaqəsi təmin edilib və ümumilikdə 35 000 sərnişin daşınıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, tədbirin keçirilməsi ilə əlaqədar bir sıra müntəzəm avtobus marşrutlarının sxemində və son dayanacaq məntəqələrində edilən dəyişikliklər sərnişinlərin ünvana çatmasında maneə yaratmayıb. AYNA-nın 350 əməkdaşının iştirak etdiyi sərnişindaşıma əməliyyatında ümumi səfər sayı 4 000-dən ibarət olub.

Şatlların düzgün yönləndirilməsi sayəsində sərnişinlərin rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportundan H1 ekspres avtobusu ilə “28 May” və H2 ekspres avtobusu ilə “Əhmədli” metro stansiyalarına çatdırılması həyata keçirilib.

AYNA xüsusi ilə qeyd edib ki, bütün daşımalar ödənişsiz həyata keçirilib, eyni zamanda sərnişinlərin itən əşyaları da operativ qaydada tapılaraq sahiblərinə təhvil verilib. Ekoloji cəhətdən davamlılığın təmin edilməsində əhəmiyyətli rol oynayan elektrik mühərrikli taksilər və avtobuslardan istifadə Bakının davamlı inkişafa və ətraf mühitin mühafizəsinə sadiqliyini vurğulayıb.

“Nəqliyyatın ümumi təcrübəsi ilə bağlı yüksək səviyyəli təşkilatçılıq və idarəetmə tədbir iştirakçılarının, eləcə də şəhər sakinlərinin məmnunluğunu qazanıb. Hər hansı insidentin baş verməməsi daşımaların təşkili ilə məşğul olan bütün xidmətlərin yüksək hazırlığının və peşəkarlığının sübutudur. Bu tədbir Bakının kritik iqlim siyasəti məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma kimi imicini gücləndirməklə yanaşı, beynəlxalq tədbirlərin tələblərini ödəyə bilən müasir ictimai nəqliyyatın imkanlarını da nümayiş etdirir”, - deyə məlumatda bildirilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri