Icma.az
close
up
RU
AYNA: COP29un ilk günü şatllardan 35 min sərnişin istifadə edib

AYNA: COP29un ilk günü şatllardan 35 min sərnişin istifadə edib

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk günündə təşkil edilmiş 18 HUB-dan etibarlı nəqliyyat əlaqəsi təmin edilib və ümumilikdə 35 000 sərnişin daşınıb.

Gununsesi.info xəbər verir ki, tədbirin keçirilməsi ilə əlaqədar bir sıra müntəzəm avtobus marşrutlarının sxemində və son dayanacaq məntəqələrində edilən dəyişikliklər sərnişinlərin ünvana çatmasında maneə yaratmayıb. AYNA-nın 350 əməkdaşının iştirak etdiyi sərnişindaşıma əməliyyatında ümumi səfər sayı 4 000-dən ibarət olub.

Şatlların düzgün yönləndirilməsi sayəsində sərnişinlərin rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportundan H1 ekspres avtobusu ilə “28 May” və H2 ekspres avtobusu ilə “Əhmədli” metro stansiyalarına çatdırılması həyata keçirilib.

AYNA xüsusi ilə qeyd edib ki, bütün daşımalar ödənişsiz həyata keçirilib, eyni zamanda sərnişinlərin itən əşyaları da operativ qaydada tapılaraq sahiblərinə təhvil verilib.

Ekoloji cəhətdən davamlılığın təmin edilməsində əhəmiyyətli rol oynayan elektrik mühərrikli taksilər və avtobuslardan istifadə Bakının davamlı inkişafa və ətraf mühitin mühafizəsinə sadiqliyini vurğulayıb.

“Nəqliyyatın ümumi təcrübəsi ilə bağlı yüksək səviyyəli təşkilatçılıq və idarəetmə tədbir iştirakçılarının, eləcə də şəhər sakinlərinin məmnunluğunu qazanıb. Hər hansı insidentin baş verməməsi daşımaların təşkili ilə məşğul olan bütün xidmətlərin yüksək hazırlığının və peşəkarlığının sübutudur. Bu tədbir Bakının kritik iqlim siyasəti məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma kimi imicini gücləndirməklə yanaşı, beynəlxalq tədbirlərin tələblərini ödəyə bilən müasir ictimai nəqliyyatın imkanlarını da nümayiş etdirir”, – deyə məlumatda bildirilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri