AYNA daha 4 istiqamətdə müsabiqələrin qaliblərini elan edib
Icma.az bildirir, 525.az portalına istinadən.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın şəhərlərarası, həmçinin Uzuntala kəndi–Zaqatala və Urva kəndi–Qusar avtovağzalı rayondaxili avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edib.
525.az AYNA-ya istinadən xəbər verir ki, Bakı–Lənkəran marşrutu üzrə fiziki şəxs Dadaşov Şair Şakir oğlu, Bakı-Xankəndi–Laçın marşrutu üzrə fiziki şəxs Həsənov Rəşid Həsən oğlu, Uzuntala kəndi–Zaqatala marşrutu üzrə fiziki şəxs Əliyev Elman Əli oğlu, Urva kəndi–Qusar avtovağzalı marşrutu üzrə isə fiziki şəxs Əlixanov Ceyhun Fakir oğlu qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 19 Yanvar 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















