AYNA dan təşəbbüs: Birlikdə daha təhlükəsiz yollar yaradaq! FOTO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu həftə BMT-nin 8-ci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsidir. Qlobal təşəbbüsün əsas məqsədi yol hərəkəti təhlükəsizliyinə diqqət çəkmək və insanların həyatını qorumaqdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, builki həftənin mövzusunun əsas istiqaməti xüsusilə piyadaların, velosipedçilərin və digər mikromobillik istifadəçilərinin təhlükəsizliyini ön plana çıxarmaqdır. AYNA olaraq biz də həftəboyu müxtəlif maarifləndirici tədbirlər, təlimlər və sosial təşəbbüslərlə ictimaiyyətin yol təhlükəsizliyi mövzusunda məlumatlandırılmasına töhfə verəcəyik.
Birlikdə daha təhlükəsiz yollar yaradaq!




Bir kimi birlikdə FOTO
19 Mart 2025 11:50
Biz birlikdə dünyanı daha sülhsevər və təhlükəsiz edəcəyik Donald Tramp
18 Yanvar 2025 16:07
Fahriye Evcen ailəsiylə birlikdə... Foto
01 Yanvar 2025 17:21
Dayanıqlı, ekoloji təhlükəsiz və “yaşıl” zirvələrə doğru birlikdə!
04 Dekabr 2024 11:24
Zamiq Əliyevdən paylaşım: Birlikdə daha böyük uğurlar qazanarıq! FOTO
14 May 2025 00:12

