Icma.az
close
up
RU
AYNA gücləndirilmiş iş rejiminə keçir

AYNA gücləndirilmiş iş rejiminə keçir

Icma.az bildirir, Gununsesi portalına istinadən.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq dövrü və tədbir ərzində qarşıya çıxacaq məsələlərin operativ həlli və səmərəli məlumat mübadiləsinin təmin olunması məqsədilə AYNA-da Qərargah yaradılıb və fasiləsiz fəaliyyət təmin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

“AYNA-nın Monitorinq mərkəzi vasitəsilə COP29 zamanı daşımalara cəlb olunan avtobusların 24 saat ərzində izlənməsi həyata keçirilir. Sərnişinlərin COP29 müddətində ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün daşıyıcılarla iş aparılır, xəttə tələbata uyğun sayda avtobus cəlb olunması təmin edilir.

Həmçinin 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-13 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”, – məlumatda deyilir.

AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

“Sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək. Qeyri-iş günləri – 9 və 12 noyabr tarixlərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Bakı KOB evi”ndə fəaliyyətini davam etdirəcək. Məqsəd beynəlxalq yükdaşımaların fasiləsizliyinin təmin edilməsidir”, – AYNA qeyd edir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see489

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see319

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see218

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri