AYNA informasiya sistemlərini Hökumət Buludu na köçürüb
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na köçürən növbəti dövlət qurumu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) olub.
Agentlik informasiya sistemləri və ehtiyatlarını "AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC-yə məxsus Bakı Data Mərkəzinə tam şəkildə yerləşdirib. Bununla da AYNA kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
"AzInTelecom" MMC tərəfindən AYNA-ya Virtual server - IaaS (İnfrastructure-as-a-Service), Rezervlənmə - BaaS (Backup-as-a-Service) "bulud" xidmətlərinin göstərilməsinə başlanılıb. Agentlik əlavə olaraq, SPLA lisenziyalı "Microsoft" məhsulları və SİP telefoniya xidməti ilə də təmin olunub.
"Hökumət buludu" layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin "AzInTelecom" MMC-ə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Qeyd edək ki, "AzInTelecom" MMC "bulud" xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən "TIER III" sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:AYNA informasiya sistemlərini “Hökumət Buludu”na köçürdü
10 Dekabr 2025 10:28
AzerGold İT sistemlərini Hökumət buludu na köçürüb
30 May 2025 10:16
AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb
17 İyun 2025 13:08
SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb
15 Aprel 2025 10:22
KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb
05 Fevral 2025 10:09
Baxış sayı:85
Bu xəbər 10 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları