AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 500 ədəd “On-board Unit” (LIT OBU) avadanlığı və ona aid ehtiyat hissələrini alacaq.
Yeniavaz.com xəbər verir ki, AYNA tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında Yaponiyanın məşhur “NEC Corporation” (“Nippon Electric Company”) şirkətinin Türkiyə nümayəndəliyi – “NEC Telekomünikasyon ve Bilgi Teknolojileri Ltd. Şti” ilə müqavilə imzalayıb.
Qeyd edək ki, AYNA satın alacağı 500 ədəd “On-board Unit” avadanlığı üçün 1 milyon 584 min manat ödəyəcək. Bir ədəd “On-board Unit” avadanlığının orta dəyəri 3 min 168 manat təşkil edəcək.
Məlumat üçün bildirək ki, “On-board Unit” avadanlığı nəqliyyat vasitəsinin üzərində quraşdırılan elektron cihazdır və əsasən məlumatların toplanması, ötürülməsi və sistemlərlə əlaqə üçün istifadə olunur. Hazırda ictimai nəqliyyatda quraşdırılan və gediş haqlarının ödənildiyi cihaz da “On-board Unit” avadanlığı hesab olunur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:AYNA bir ədəd dayanacağın quraşdırılmasına 12 min manat xərcləyir?
05 Fevral 2026 16:46
Balakəndə 500 ədəd ağac əkilib
05 Noyabr 2026 19:09
15 ədəd soyuducu, 2 ədəd televizor, 5 ədəd mikrodalğalı soba… AYNA cehiz yığır?
23 Sentyabr 2025 10:41
FHN 7 ədəd avtomobil alır 471 min manat ödəyəcək
21 Aprel 2026 10:44
Baxış sayı:132
Bu xəbər 29 Aprel 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















