AYNA Ukrayna dairəsi”ndə yaranan sıxlığa aydınlıq gətirdi
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hazırlanan son infrastruktur layihələrinin hər biri əvvəlcədən simulyasiya edilir və əldə edilən nəticələr təhlil olunur.
Milli.Az AYNA-ya istinadən xəbər verir ki, "Ukrayna dairəsi"ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə hazırlanan layihənin planlanması da simulyasiya nəticələrinə əsaslanmaqla icra edilir.
"Hazırda dairənin standartlara uyğun olmaması ərazidə bir sıra nəqliyyat problemləri yaradır.
Dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı olması ilə bağlı hallar olur.
Qeyd edək ki, ötən gün ərazidə heç bir sıxlıq müşahidə edilməyib. Daha əvvəl yaranan sıxlıq isə təmir işlərinin başlanması ilə əlaqədar idi.
Layihə həyata keçirildikdən sonra:
münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq;
dairənin buraxılış qabiliyyəti artırılacaq;
hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;
piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.
Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması nəzərdə tutulur", - deyə məlumatda qeyd edilib.
Milli.Az
Baxış sayı:136
Bu xəbər 30 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















