Icma.az
close
up
RU
“AYNA”sız Xocəsən avtobuslarında “Survivor” FOTOLAR

“AYNA”sız Xocəsən avtobuslarında “Survivor” FOTOLAR

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Paytaxtın digər istiqamətlərində insanlar kondisionerli, təmiz və səliqəli avtobuslarla səyahət edərkən, Xocasən sakinləri hər gün köhnə, dağılmış və antisanitar vəziyyətdə olan 102 nömrəli avtobuslardan məcburi olaraq istifadə edirlər. Qapıları bağlanmayan, mühərriki tez-tez sıradan çıxan, bəzən ön güzgüsü belə olmayan bu avtobuslar şəhərə yox, təhlükəyə doğru hərəkət edir.

Yenisabah.az xəbər verir ki, Bakının Xocasən qəsəbəsinə işləyən 102 nömrəli marşrut xətti bu gün paytaxtın ən acınacaqlı vəziyyətdə olan xidmətlərindən biridir. Qəsəbənin yeganə avtobus xətti olan bu marşrutla hər gün minlərlə sərnişin paytaxta gedib-gəlir. Lakin onların daşındığı avtobusların vəziyyəti həm təhlükəlidir, həm də narahatlıq doğurur.

Görüntülərdən də aydın görünür: avtobusların salonu sınıq-salxaq, oturacaqlar köhnə və çirk içindədir, tavan və pəncərələrdə pas, yanıq izləri, döşəmədə isə cırılmış linoleum və toz-torpaq. Bəzən içərisi o qədər dağınıq olur ki, bura nəqliyyat deyil, metal yığınına çevrilmiş bir anbarı xatırladır. Sözügedən avtobuslarda havalandırma sistemi işləmədiyi üçün yayda nəfəs almaq mümkün deyil, qışda isə soyuqdan qorunmaq çətindir. pizza

Sərnişinlərin sözlərinə görə, 102 nömrəli avtobuslar tez-tez yolda qalır, bəzən tormoz tutmur, qapılar bağlanmır. Buna baxmayaraq, bu xətt hələ də yenilənməyib.

Bakının demək olar ki, bütün ətraf qəsəbələri bu gün müasir, rahat və texniki cəhətdən saz avtobuslarla təchiz olunub. Yeni marşrut xətləri açılır, dayanacaqlar yenilənir, sərnişinlər üçün daha təhlükəsiz və rahat şərait yaradılır. Amma Xocasən qəsəbəsi bütün bu yeniliklərdən kənarda qalıb. Bu ərazi paytaxtın qapısında yerləşsə də, nəqliyyat baxımından sanki ölkənin ən ucqar kəndi kimidir. Əhali hər gün bu avtobuslarla şəhərə çıxmağa məcbur qalır. Vəziyyət o həddə çatıb ki, artıq bu marşrut ictimai nəqliyyat deyil, cəmiyyətin biganəliyinin simvoluna çevrilib. Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son bir ildə Bakı ətrafındakı bir çox qəsəbələrdə marşrut parkını yeniləsə də, Xocasənin adı həmin siyahılarda yer almayıb.

Əgər bu laqeydlik davam edərsə, 102 nömrəli avtobusun növbəti “sıradan çıxışı” təkcə texniki nasazlıqla bitməyə bilər.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri