Aynişanın adından dələduzluq Fotolar
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın adından dələduzluq edilib.
Axşam.az xəbər verir ki, Aynişan bir şəxsin onun adından yaxınlarından pul istədiyini bildirib. O bildirib ki, teleqram vasitəsilə onun yaxınlarına mesaj göndərilib:
"Teleqramda mənim adımdan istifadə edərək tanışlarımdan və hətta anamdan belə pul alan bir dələduz var. Bu adam mən deyiləm. Zəhmət olmasa, belə bir mesaj alsanız, inanmayın, pul göndərməyin, mütləq mənimlə birbaşa əlaqə saxlayın.
Bu insan kimdirsə bizi çox yaxşı tanıyır. Anamın yanında olmadığım anı dəqiq bilir. Ən önəmlisi anamın bir sözümə inanaraq istənilən məbləği göndərəcəyini də bilir.
Hazırda polis bölməsindən yeni çıxmışıq. Rəsmi ərizə ilə müraciət etmişik və həmin şəxs artıq axtarışa verilib".
Səni mütləq tapacağıq. Və artıq burda məsələ pul deyil!






