“Ayntraxt Frankfurt”un prezidenti azarkeşlərin davranışını sərt tənqid edib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Berlin, 26 dekabr, AZƏRTAC
“Ayntraxt Frankfurt”un prezidenti Matias Bek komandanın azarkeşlərinin son oyunlardakı davranışlarını sərt tənqid edib.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, o, Köln və Barselonada keçirdikləri səfər qarşılaşmaları zamanı baş verən insidentlərin kluba ciddi ziyan vurduğunu və bir sıra cəzalarla nəticələndiyini qeyd edib.
Qeyd edək ki, “Ayntraxt” azarkeşləri Çempionlar Liqasında “Barselona” ilə səfər oyunu zamanı pirotexniki vasitələrdən istifadə edib, qonaq sektoruna ziyan vurub və meydançaya əşyalar atıblar. Bununla əlaqədar UEFA Frankfurt təmsilçisinə yanvarın 21-də “Qarabağ”a qarşı keçiriləcək oyunda öz azarkeşlərinə bilet satışını qadağan edib.
Bundan əlavə, klub Almaniya Futbol İttifaqının (DFB) İdman Məhkəməsinin qərarları ilə bu il azarkeşlərin qeyri-etik davranışına görə bir neçə yüz min avro cərimə ödəyib.
“Bu məni də son dərəcə qəzəbləndirir və təbii ki, uğur təhlükə altına düşürsə, tədbir görülməlidir”, - deyə M.Bek bildirib. O, bununla yanaşı, azarkeşlərlə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. Klub prezidenti fanatların davranışına görə bütün azarkeşlərin cəzalandırılmasının düzgün olmadığını qeyd edib. M.Bek klub rəhbərliyinin hazırda vəziyyətin həlli üçün konkret tədbirlər üzərində çalışdığını bildirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 26 Dekabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















