Icma.az
close
up
RU
Ayşe Barım həbs olundu, məşhur aktyorlar barədə araşdırma başladıldı

Ayşe Barım həbs olundu, məşhur aktyorlar barədə araşdırma başladıldı

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər adı qalmaqallarda hallanan, Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barım həbs olunub.

Ölkə.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, buna səbəb kimi isə onun Türkiyədə 2013-cü ildə baş verən “Gəzi Parkı” hadisələrini planlayanlardan biri olması göstərilir.

O, “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhdlərə köməklik göstərmək və vəzifələrin yerinə yetirilməsinə mane olmaq” ittihamı ilə hakim qarşısına çıxarılıb və barəsində qərar verilib.

A.Barım prokurorluqdakı ifadəsində 2002-ci ildə menecerlik şirkəti yaratdığını və aylıq gəlirinin 300 min lirə olduğunu bildirib.
O, "Gəzi parkı" hadisələrinin əvvələində 2013-cü ilin mayında ona heç kimin zəng etmədiyini deyib. Menecer "Muhteşem Yüzyıl" serialında birgə rol alan bəzi aktyorlarla "Gəzi parkı" hadisələri başlayan zaman ora getdiklərini deyib.

"Tam xatırlamıram, onlardan birinin zəng edərək çəkilişdən çıxıb Gəzi parkına gedəcəyini, "uşaqlar neyləyir baxmaq istəyirik" dediyini xatırlayıram. Mən də özüm tək getdim, aktyorları müşayiət etmək üçün onlarla görüşdüm", -  deyə söyləyib.

O, Gəzi Parkı etirazlarında rol oynayan birləşmələrlə heç bir əlaqəsinin olmadığını iddia edib.

Menecer “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə olması ilə bağlı deyilənləri də təkzib edib.

Sözügedən hadisələrlə əlaqədar məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu barəsində də yalançı şahidlik ittihiamı ilə araşdırmalara başlanılıb.

Qeyd edək ki, məşhurların çalışdığı “D İletişim” şirkətinin həmtəsisçisi Ayşe Barımın aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışdığı, hətta ondan bunun müqabilində 5 milyon dollar pul aldığı iddia edilib. Daha sonra isə əslində bunu adı açıqlanmayan iş adamının etdiyi ortaya çıxıb.
Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri başlayan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb. Bildirilir ki, iş adamı sözügedən məbləği Ayşe Barım vasitəsilə Sarıkaya və Demirə çatdırıb. Məqsəd isə müğənninin PR-nın aparılması və karyerasında yüksəlişin əldə edilməsi olub.
Məsələ ilə bağlı istintaq başlayıb. “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı prokurorluğa çağırılan aktrisa Serenay Sarıkaya bu xəbərlərin əsassız olduğu bildirib.

Billurə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Yanvar 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri