Ayşe Barıma 12 il 6 ay azadlıqdan məhrumetmə cəzası verildi
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
"Gezi Parkı" etirazlarının təşkilatçılarından biri olmaqda ittiham olunan menecer Ayşe Barıma 12 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
BAKU.WS xəbər verir ki, prokurorluq cinayətin hüquqi tövsifini dəyişdirərək Barım barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb etmişdi.
İstanbul 26-cı Ağır Cinayətlər Məhkəməsi Barımı "Türkiyə hökumətini devirməyə cəhdə yardım etmə" maddəsi ilə təqsirli bilərək ona 12 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib.
Qeyd olunur ki, Barım ölkədən çıxışına qadağa qoyulmaq şərti ilə sərbəst buraxılacaq.
İstanbul 26-cı Ağır Cinayətlər Məhkəməsində saat 10:00-da başlayan məhkəmədən əvvəl prokuror iş üzrə yekun mütaliəsini məhkəməyə təqdim edib.
Prokuror Barım barəsində "Türkiyə hökumətini devirməyə və ya onun vəzifələrini yerinə yetirməsinə mane olmağa cəhdə yardım etmə" ittihamı ilə cəza tələb olunduğunu xatırladıb.
Barım isə, "Mən günahsızam. Ürək əməliyyatı keçirmişəm, qarşınızda ürək pili ilə dayanmışam" deyə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Fevral 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















