Aysel marketdən aldığı peçenyədən zəhərlənib Foto
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Bloger Aysel Şükürova səhhətində yaranan problemlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, bloger qida zəhərlənməsi səbəbindən gecəni xəstəxanada keçirdiyini bildirib. O, mağazadan aldığı küncütlü xəmir çubuğun dadının fərqli olduğunu hiss etsə də, məhsulu yediyini deyib.
“Yazıb maraqlanan hər kəsə təşəkkür edirəm. Hələ tam özümə gəlməmişəm. Gecəni xəstəxanada keçirmişəm. Çox pis zəhərlənmişəm. Mağazadan küncütlü çubuq almışdım. Yeyəndə hiss etdim ki, nəsə dadı fərqlidir. Hətta soruşdum ki, bunun vaxtı keçib? Elə bil hava keçmişdi, nəm idi dadı. Dedilər ki, yoxdu, mən də yedim. Səhərə yaxın yerimdən durub qaytarmağa başladım. Ondan sonra olanlar oldu. Qızdırmam 39 idi. Yenə o biri dünyanı gördüm, qayıtdım. Tam özümə gəlməmişəm, amma indi bir az yaxşıyam” deyə, Aysel bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 18 İyun 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















