Ayşən Abduləzimova: “Turnirdə yaxşı şansımız var”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Bakıda keçirilən Avropa çempionatının C qrupunda İspaniyaya 3:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, hücumçu komandanın öz oyun üslubuna sadiq qaldığını və meydanda yaxşı mübarizə apardığını bildirib.
“Bu gün oyun üslubumuzdan kənara çıxmadıq. Qızlar əla mübarizə apardılar. Avropa çempionatında zəif rəqib yoxdur. Sadəcə, çəkinmədən döyüşmək lazımdır. Düşünürəm, turnirdə yaxşı şansımız var”, - deyə Abduləzimova vurğulayıb.
Azərbaycan millisi turnirdəki ilk matçında Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib. İspaniya isə ilk turda Belçikaya 2:3 hesabı ilə uduzub.
Qadın voleybolçular arasında Avropa çempionatına Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiya da ev sahibliyi edir. Bakıda C qrupunun oyunları keçirilir. Bu qrupda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milliləri mübarizə aparırlar.
C qrupunun oyunlarına avqustun 28-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Avqust 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















