Aysun efirdən anasına səslənib AĞLADI: “Bilirəm ki, izləyir…” VİDEO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müğənni Aysun İsmayılova anası Rəqsanə İsmayılovanın həbsindən sonra ilk dəfə efirə çıxıb.
Bizim.Media xəbər verir ki, ifaçı “Tarixin bir günü” verilişində qonaq olub.
A. İsmayılova anasına səslənərkən göz yaşlarını saxlaya bilməyib:
“Söz vermişdim ki, ağlamayacağam, güclü olmağa çalışıram. İnanıram ki, hər şey yaxşı olacaq. Bu həyat bir sınaqdır, betərin betəri var. Sadəcə buradan anama demək istəyirəm ki, səni çox sevirəm. Bilirəm ki, izləyir. Bu dövrlər mənə çox şey öyrətdi. Sənət cameasından mənə zəng edənlər oldu, hansı ki, yaşca çox böyükdülər, onlarla tanışlığım yox idi.
Ən yaxın bildiklərim uzaq kimi davrandılar, uzaq bildiklərim yaxın kimi. Mənim üçün çox çətin dövr idi. Mən böyüdüm, gücləndim, pisi yaxşını seçə bilirəm”.
Qeyd edək ki, Rəqsanə dələduzluq ittihamı ilə həbs olunub.
Sara, Bizim.Media
Baxış sayı:58
Bu xəbər 03 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















