Aysun Rəqsanənin həbsindən sonra ilk dəfə EFİRDƏ: göz yaşları sel oldu VİDEO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Aysun İsmayılova anası, tanınmış ifaçı Rəqsanə İsmayılovanın həbsindən sonra ilk dəfə televiziya efirinə çıxıb.
Milli.Az xəbər verir ki, o, proqram zamanı duyğusal anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib.
Aysun bildirib ki, bu çətin dönəmdə yanında olmadığını düşündüyü bəzi həmkarlarına görə məyus olub:
"Anam həbs olunandan sonra mənə ən yaxın bildiyim insanlar yoxa çıxdılar. Amma heç bir münasibətimin olmadığı sənət adamları əksinə, dəstək verdilər. Bu, mənə çox təsir etdi".
O, əlavə edib ki, yaşadığı hadisə onu daxilən böyüdüb və gücləndirib:
"Hər gün yanında olan həmkarlarım vardı. İndi isə 10 gündən bir yazırlar. Bu sınaqdan sonra daha güclü bir Aysun var".
Efir zamanı anasına ünvanladığı duyğulu mesaj isə Aysunu kövrəldib:
"Bilirəm ki, bizə baxır. Hər şey yaxşı olacaq".
Xatırladaq ki, bir müddət əvvəl Rəqsanə İsmayılova barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb və o, müvafiq qərarla həbs edilib.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 03 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















