Aysundan keçmiş ərinə şok İTTİHAM: “Uşağa dərman lazım olanda...” VİDEO
Icma.az, Bizim media saytına istinadən bildirir.
Müğənni Aysun İsmayılova keçmiş həyat yoldaşı Ramil Vəliyevlə bağlı şok ittihamlar səsləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə ifaçı Tolikin “Səmimi” layihəsində danışıb.
O bildirib ki, R. Vəliyev qızı Sevgi ilə bir ildən çoxdur ki, görüşmür:
“Keçən ay qızı ilə görüşmək istəyirdi. Mənə yox, dayəyə zəng etmişdi. İcazə vermədim. Bir il yarımdır o uşağı ata tərəfdən heç kim axtarmır. Uşağım artıq hər şeyi başa düşür. Ya bu uşağı həftədə iki gün görəcəksən, onun bütün tələbatlarını qarşılayacaqsan. Ya da ildə bir dəfə gəlib uşağıma travma yaşatmayacaqsan. Dayəmdən xəbər göndərdim. Ətrafıma həmişə deyirəm, elə boşanın ki, üz-üzə gələ biləsiniz. Çünki ortada bir övladımız var.
Mən heç kimlə düşmənlik etməmişəm, ona da demişəm ki, uşağını istədiyin vaxt gəlib görə bilərsən. O günə qədər ki... Qızım qızdırmadan yanırdı, bağırsaqlarına heyvan ətindən mikrop düşmüşdü. Səhərə qədər xəstəxanada qaldıq, 12 gün əziyyət çəkdi. Gecə 3-də yazdım ki, dərman lazımdır.
Bakıda heç kimim yoxdur, uşağı qoyub gedə bilmirəm, o saatda kimə yaza bilərəm? Yalnız uşağımın atasına... Əgər o dərmanı göndər bilmirsə, “göndərirəm” deyib telefonu söndürürsə, deməli ona uşaq lazım deyil”.
Sara, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 20 Aprel 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















