Aytən mayonezlərdən gileyləndi: “Neft iyi gəlir”
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aparıcı Aytən Səfərova Azərbaycanda satılan bəzi mayonezlərin qoxusundan şikayətlənib.
Axşam.az xəbər verir ki, o, bu barədə “Xəbər ertəsi” proqramında danışıb. O, hazırladığı paytaxt salatını qoxusuna görə tullamaq məcburiyyətində qaldığını bildirib:
“Mayonez almışdım. Ondan paytaxt salatı hazırlamışdım. 90-cı illərdə palma yağını marketlərdə kiloqramlarla satırdılar. Ondan qızartmalar üçün istifadə edirdilər. Spesifik dadı və qoxusu var idi. Bu gün Azərbaycandakı piştaxtalarda bir-iki firma istisna olmaqla, digər bütün mayonezlərdə palma yağının qoxusunun gəldiyini müşahidə etmişəm. Yarım teşt paytaxt salatını tulladım. Çünki yeyiləsi deyildi. Salatdan rezin, neft qoxusu gəlirdi. Bunu nə uşaqların, nə də qonaqların qarşısına qoymaq olar. Mayonezi necəsə bilmək olur. Bəs duru yağlarda bunu necə hiss edəsən? Hamısı eyni rəngdədir, qiymətləri də artıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 23 Oktyabr 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















