Aytən Səfərova Tiflisdə “ilişib qaldı” qayıtmaq üçün 3 həftə bilet gözlədi
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Ailəsi ilə birlikdə bir müddətdir Tiflisdə qalan aparıcı Aytən Səfərova nəhayət, üç həftə sonra Azərbaycana qayıtmaq üçün bilet tapa bilib.
Hurriyyet.media bildirir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O, Azərbaycan–Gürcüstan marşrutu üzrə geri dönüş bileti tapmaqda yaşadığı çətinliklərdən danışıb: “Mənə sual verirlər ki, siz geri biletini necə əldə etmisiniz?"
Əziz və hörmətli dostlar, mən də sizin kimi ailə üzvlərimlə birlikdə həftələrlə «Azərbaycan Dəmir Yolları» QSC-nin internet saytını izlədim. Təxminən 3 həftə sonra gecə saat 3-4 radələrində biletlər göründü. Üç telefondan daxil olaraq ödəniş etdik və biletləri əldə edə bildik.
Bəziləri deyir ki, Azərbaycana geri dönən qatarlar boş qayıdır. Amma sözümü deyim ki, bizim qatarlar heç də boş getmirlər”.
Qeyd edək ki, xeyli sayda sərnişin ADY-dən bilet alaraq Tiflisə getsələr də, geri qayıtmaqda çətinlik çəkdiklərini bildirirlər.
Baxış sayı:166
Bu xəbər 20 Avqust 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















