Icma.az
close
up
RU
Aytən Səfərovanın 11 mini necə yoxa çıxıb? “Caspian Hospital”da qalmaqal+Video

Aytən Səfərovanın 11 mini necə yoxa çıxıb? “Caspian Hospital”da qalmaqal+Video

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bakıda fəaliyyət göstərən “Caspian International” Hospitalda çalışan və sonradan işdən ayrılan həkim Aytən Səfərovanın əməkhaqqı kartından 11 min manat vəsait çıxarılıb.

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, xəstəxananın vəzifəli şəxsləri mama-ginekoloq Aytən Səfərovanın xəbərsiz şəkildə bank kartını bloklatdıraraq yenisini sifariş ediblər.

Bildirilib ki, sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı vəsait çıxarılaraq mənimsənilib.

Həkim baş verənləri təsdiqləyib. O bildirib ki, proses bu ilin yanvarında baş verib və məsələ ilə bağlı hüquqi addımlar atır: “Mən, əslində, bu səhər sosial mediada bunun artıq yayıldığını gördüm. Böyük ehtimalla, xəstəxana öz-özünün düşməninə çevrilib. Bunu yayan da elə xəstəxananın özüdür. Mənim maaş kartımı “Caspian Hospital” dəyişdirərək bir gün ərzində yeni kart açıb və köhnə kartım hələ də məndə olduğu halda, içindəki vəsait yeni karta köçürülüb. Daha sonra isə həmin yeni kartdan “Caspian Hospital”ın öz bankomatından hər gün 1000 manat olmaqla ümumilikdə 11 min manat çıxarılıb”.

Həkim iddia edir ki, kartındakı vəsaiti nağdlaşdırmaq istəyəndə vəsaitin mənimsənildiyindən xəbər tutub:

“Rəsmi maaş kartımdır. Yəni illərdir öz adıma işlətdiyim kartdır. Mən xəstəxanadan ayrıldıqdan bir ay sonra bu oğurluq baş verib. Xəstəxananın bu kartı dəyişdirmək hüququ yox idi. Üstəlik, mən artıq dekabrın 12-dən başqa xəstəxanada rəsmi şəkildə çalışırdım və “Caspian Hospital”la bütün əlaqəm tamamilə kəsilmişdi. İddia edilən hadisə isə yanvar ayında baş verib. Bankdan alınmış bütün rəsmi çıxarışlar var. Əlbəttə ki, aidiyyəti qurumlar bu məsələ ilə məşğuldurlar. Bütün bunlardan mənim xəbərim yalnız kartımı işlədib pul çıxarmaq istəyəndə oldu”.

Qeyd edək ki, “Caspian International” Hospitalın adının çəkilməsini istəməyən rəsmi nümayəndəsi hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Qeyd olunub ki, məsələ hazırda məhkəmə müstəvisindədir.

Daha ətraflı videomaterialda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri