Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Ayxan Abbasov: “A millidə sistem və fəlsəfə qurulmalıdır”

Ayxan Abbasov: “A millidə sistem və fəlsəfə qurulmalıdır”

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Parisdə Fransa yığmasının qonağı olub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

“Oyunun çətin keçəcəyini dünən də bilirdik. Rəqibin necə ciddi hazrlaşdığını da gördük. Azarkeş dəstəyi də var idi, ilk dəqiqələrdən pressinq etdilər. Birinci hissənin son dəqiqəsində qol buraxdıq. Bəlkə dözə bilsəydik, rəqib ikinci hissə daha da üstümüzə gələcəkdi. Rəqibin ustalığı yüksək səviyyədə idi. Oyunçularım əzmkarlıq göstərdi. Bu da vacibdir. İstək və vacib olduqdan sonra gələcəkdə daha rahat olacaq. Bu komandalarla oynayaraq, təcrübə yığmaq lazımdır. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Üç gündən sonra daha çətin oyun gözləyir bizi. Ukrayna ilə oyuna hazırlaşacağıq. Allah qoysa, davam edəcəyik”.

– Mahir Emrelinin oyununu necə şərh edərdiz?

– Mahir mənə görə son vaxtlarda ən yaxşı oyunlarından birini keçirdi. Əzmkar idi. Hücumlarımızın alınmaması rəqibdən asılı idi. İmkan vermirdilər. Tək qalanda çətinlik çəkirdi. Ona da dəstək olmalıyıq, pis təsir bağışlamadı. Gələn oyunda rotasiyalar da olacaq. Mahir də maksimum kömək etməyə çalışdı.

– Komanda layiqli mübarizə apardı. Bu gün itirilən güc və buraxılan qollar komandaya psixoloji təsir edəcək? Üç gündən sonra komandadan nə gözləmək olar?

– Fiziki cəhətdən çətinlik olacaq. Heyətimiz genişdir, baxacağıq. Sabah və birigün vaxtımız var. Bərpa olunmağa çalışacağıq. Digər futbolçular da oynamağa hazırdır. Milli komandada qısa vaxtda oynamağa öyrəşməliyik. Oyunçularla danışacağıq. İkinci qolda standart vəziyyətdə diqqətli ola bilərdik. Daha diqqətli ola bilsəydik, hesab böyük olmazdı. Bu səhvlərdən də nəticə çıxaracağıq.

– 45+2-ci dəqiqədə qol buraxdıq. Fasiləyə 0:0 getsəydik, böyük sensasiya baş tutardı?

– Bir şeyi deyim ki, o qolu ancaq Mbappe vura bilərdi. Ustalıq səviyyəsi və o sürətlə uzaq küncə vurdu. Futbolçularım maksimumu etdilər ki, qarşısını alsınlar. Ancaq bu cür oyunçunun qarşısını almaq çətindir. Bəlkə ikinci hissə bizim üçün daha çətin olardı. Bilmək olmaz. Komanda inanırdı ki, mübarizə apara bilərik. Bu da bizim üçün vacib idi.

– Mahirin meydanda qalması məcburiyyətdən idi? Sanki onu əvəzləmək istəyirdiniz…

– Rüstəm Əhmədzadə əvəzetmə istədi. O dəqiqələrdə birdən-birə 2 futbolçunu çıxarmaq istəmədik. Toral Bayramov da hər mövqedə oynaya bilən oyunçudur. İstədiyimiz dəqiqəni saxlaya bilmədik. Hiss edirdim ki, standart vəziyyətlərdə çətinlik çəkirik. Amma o dəqiqələrdə qol oldu. Rəqibin hücumlarına hazırlaşmışdıq. İslandiya və Ukrayna ilə oyunlarda da hər iki komanda müdafiə olunmuşdu. Bu hücumlara hazırlaşmışdıq. 90 dəqiqə hücumun qarşısını almaq olmur.

– Oyunun ən yaxşılarından biri Abdulla Xaybullayev idi..

– Məncə də, o, ən yaxşılardan idi. Sevinirəm ki, əsas heyətdə yerini yavaş-yavaş qazanır. Yoruldu. İkinci qolda daha sadə oynayıb, hücuma çıxmalıydıq. Əzmkardır.

– Əvvəl də eyni futbolçular idi, indi də. Görünən budur ki, əvvəlki millilərimizdə çatışmayan sistemsizlik idi?

– Əvvəlkindən danışmaq çətin olar. Düz olmazdı. Millidə olmayanda da suallar olurdu. Önəm verəcəyimiz mövzudur. A Futbolumuzun səviyyəsini yüksəltmək istəyiriksə, yığmalarımızın sistemi və fəlsəfəsi olmalıdır. Rəhbərliklə bu haqda danışırıq. Yəqin ki, alınar. Səmimi deyirəm, futbolçularla 3 məşq 1 oyun olmuşam. böyük potensialı olan oyunçularımız var. İnanıram ki, özümüzə yaxın rəqiblərlə başabaş oynamaq iqtidarındayıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 11 Oktyabr 2025 01:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri