Icma.az
close
up
RU
Ayxan Abbasov: “Bu qələbəni haqq edirdik”

Ayxan Abbasov: “Bu qələbəni haqq edirdik”

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XXV turunda “Səbail” – “Şamaxı” (0:2) matçından sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– Komandama və azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymadılar və yaxşı dəstəklədilər. Çoxdandır ki, bu qələbəni haqq edirdik. Amma “Səbail” çox çətin rəqib idi. Qışdan sonra sadəcə “Qarabağ”a uduzmuşdular. İlk 15 dəqiqə bizim üçün çətin keçdi. Amma ondan sonra oyunçularım toparlandı və ikinci hissə bizim böyük üstünlüyümzlə keçdi. Daha böyük hesabı qələbə qazana bilərdik.

– Bu qələbə komandanı qarşıdakı oyunlara kökləmək baxımdan necə təsir edəcək?
– Bu gün ilk növbədə rəqibimizdən 6 xal önə keçdi. Qışdan sonra pis oynamamışlq. Sadəcə qələbə qazana bilmirdik. Müdafiədə yaxşı oynadıq. Xalımızı daha da artıra bilərik.

– İki fərqli hissə izlədik. Bəs 2-ci qoldan sonra bir neçə epizodlarınız oldu amma vura bilmədiz…
– Rəqibimiz ev oyublarında yaxşı çıxış edir. Bunu təhlil etmişdik. İlk dəqiqələr meydançanın mərkəzini rəqibə vermişdik. Amma ondan sonra toparlandıq və irəli atıldıq.

– 8 oyun idi ki, səfər qələbəniz yox idi. Bu matçı da uduzsaydız, sonuncu pilləyə doğru yuvarlanacaqdız. Loru dildə desək, kəfəni necə yırtdız?
– Üstəlik itkilərimiz də var. İnanın ki, bütün statistikanı hər gün fikirləşirik. Axırıncı pilləyə düşə bilərdik. Amma qarşıda 11 tur var. Bunu düşünüb özümüzü stresə salmırıq. Bu qələbə bizi daha da irəliyə apardı.

– Kapitanlıq sarğısı mövsüm başlanğıcından 4-5 şəxsdə dolaşır. Bunu necə tənzimləyirsiz?
– Bizim kapitanımızn məlum hadisəsindən sonra birini seçməliydik. Yerli futbolçulardan Səbayıl Bağırov və Arsen Ağcabəyova güvənmişdik. Amma onlar olmayanda həqiqətən də lider kimi Leroy Mikels özünü doğruldurdu. Leroy olmayanda isə Rafael Məhərrəmliyə güvənirik. Əsasən lider olaraq bunu seçirik. Bu gün yerlilərimizin çoxu gənclərdir.

– İkinci hissədə 4-5 qol epizodunu qaçırdız. Hardasa belə hissə qapıldınız ki, qələbəni əldən verəcəyik?
– Bəli, narahatlıq oldu. Ona görə də heyətdən daha çox konsentrasiya tələb etdik və arxaya oturmalarına qoymadıq. Qışdan sonra ən çox epizoda girən komandalardanıq. Bunları dəyərləndirmək lazımdır.

– Növbəti turda “Sabah”la qarşılaşacaqsız. Mikelsin oynamaq imkanı var?
– Həqiqətən də Mikels ağır zədədən keçdi. Konkret oynayıb-oynamayacağı bilinmir. Onun zədəsi ilk dəfə “Sabah”la yoldaşlıq matçında olmuşdu. Daha sonra həm “Neftçi”, həm də “Zirə” ilə matçda ayağındakı sümükdən yenə zədələndi. Buna görə də ödəv əmələ gəlib həmin nahiyədə və müalicə olunur.

Mirkamal Kazım

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 Aprel 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri