Ayxan Abbasov: Çoxdandır Azərbaycan millisinin oyununda bu cür atmosfer olmurdu
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 noyabr, AZƏRTAC
Çoxdandır Azərbaycan millisinin oyununda bu cür atmosfer olmurdu. Azarkeşlər nəticədən asılı olmayaraq, sonadək yanımızda oldular. Onlara təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, əzmkar mübarizəyə görə futbolçularına təşəkkür edib: “Fransa millisi kimi komandaya da qol vurmaq çətin işdir. İstəyirdik ki, azarkeşlərimizi sevindirək. Gənc futbolçuları meydana buraxmaqla onları gələcək üçün qazandıq. Debüt matçına çıxan Mustafa Əhmədzadənin yaxşı potensialı var. Onu İslandiya ilə görüşdə start heyətdə oynatmaq istəyirdik. Xəyal Əliyevin gələcəyi də parlaqdır. Təəssüf ki, zədələrimiz də oldu”.
Onun sözlərinə görə, bu cür oyunlar komandaya özünəinam verir: “Meydanda istəkli olmasan, taktikanı düzgün seçməsən nəticə əldə etmək çətin olacaq. Amma futbolçularım bütün matçlarda sonadək döyüşdülər. Bu cür qarşılaşmalar onlar üçün yaxşı təcrübə oldu”.
Baş məşqçi əsas hədəflərinin Millətlər Liqasının C Liqasına yüksəlmək olduğunu vurğulayıb. “Millinin gələcək taleyi ilə bağlı planlarımız var. Mənim də buradakı taleyim gələcəkdə məlum olacaq. “Şamaxı” komandası ilə müqaviləm var, yayadək oradayam. Futbolumuzun inkişafına gəlincə, klublarımız da addım atmalıdır. Bu iş təkcə AFFA-nın üzərinə düşməməlidir”, - deyə mütəxəssis qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 Noyabr 2025 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















