Icma.az
close
up
RU
Ayxan Abbasov düz deyir, amma kimi deyir?

Ayxan Abbasov düz deyir, amma kimi deyir?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Ayxan Abbasovun “Sumqayıt”la oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlər, təbii ki, ölkə idman mediasının gündəmini zəbt etdi. Əvvəlcə “Şamaxı”nın baş məşqçisini dinləyək:

“Bir çox klub rəhbəri artıq getməlidi. Nəticə qazanmırlar. Onları da sorğu-sual etmək lazımdı. Nə qədər məşqçi dəyişəcək? Tək məsələ məşqçi deyil. Bir çox mütəxəssis var, komandanı saxlayır, amma rəhbərliyin etdiyi yanlış transferlər problem yaradır. Bizim problemimiz təkcə məşqçi deyil. Gərək yerli məşqçilər də özlərinə dəstək olsun, bir-birinin arxasınca danışmasın”.


Ayxan bəy indiyə qədər “Zirə”, “Sumqayıt” və “Turan Tovuz”u çalışdırıb, indi də “Şamaxı”nın baş məşqçisidi. 44 yaşlı mütəxəssis “Zirə”də və “Sumqayıt”da avrokuboklar görüb. Kiçik büdcə ilə uğurlu nəticələr qazanmağı bacarıb. “Turan Tovuz”da da qazanacağına şübhə yox idi. Amma Abbasov işlədiyi dönəmdə “Turan Tovuz”un indiki iddiaya və büdcəyə malik deyildi. Hazırda mövsümün sonuna 9 tur qalıb, Tovuz klubunun prezidenti hələ də “çempion olacağıq” deyir. Ayxan Abbasovun vaxtında belə deyildi.
Yazının məqsədi başqadı. Ayxan Abbasov bu fikirləri səsləndirəndə hansı klub rəhbərlərini nəzərdə tutur? Nəticə qazana bilməyən, əcnəbi mütəxəssis gətirənləri. Yəni?
Elə “Sumqayıt”ın özü. Dörd mövsüm əvvəl Aleksey Baqa ilə “yola çıxdılar”. Bir neçə tur keçməmişdi ki, Samir Abasov gətirildi, komandanı toparladı, bir mövsüm sonra avrokuboklara çıxardı. Abasov “Neftçi”yə gedəndən sonra komandanı mövsümün sonuna qədər Vaqif Cavadov və Şahin Abdullayev (2 tur) çalışdırdı. Ötən ilin iyulunda Saşa İliç “sükan arxasına” keçdi. Komanda ötən mövsümü 8-ci yerdə bitirdi. İndi isə “Sumqayıt” 7-ci pillədədi. Azarkeşlər artıq klub prezidenti Riad Rəfiyevin əlindən “cana doyub”, hətta “Şamaxı”ya məğlubiyyətin ardından “istefa” şüarları səsləndi.
“Turan Tovuz” ötən mövsüm avrokuboklara getməyə çox yaxın oldu. Son anda baş verən ssenari isə öz əlində deyildi – kubokun finalının favoriti “Qarabağ” “Sabah”a uduzdu. Bu mövsüm Tovuz təmsilçisi nə qədər yaxşı olsa da, avrokuboklara qatılması rəsmiləşməyib. Kim bilir, bəlkə də Ehtiram Quliyevi deyir? Amma inandırıcı deyil. Çünki elitada öz cibindən futbola yatırım edən yeganə iş adamı məhz Ehtiram Quliyevdi.
“Neftçi”? “Neftçi” rəhbərliyinə eyham vurur? Ola bilər? Niyə də yox?! Son illərdə tez-tez baş məşqçi dəyişən, yerlilərdən yalnız Samir Abasova şans verən, ancaq əcnəbilərlə işləyən və nəticə verməyən klub “Neftçi”di. Pul var, nəticə yoxdu.
Nəzərə alaq ki, Ayxan Abbasov təkcə “Şamaxı”nın yox, həm də əsas yığmanın baş məşqçisidi. Bəlkə də daha çox ona görə mütəxəssisin problemlər haqda dedikləri bu qədər gündəm yaradır. Düz deyirmi? Düz deyir.
MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Mart 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri