Icma.az
close
up
RU
Ayxan Abbasov: “Hamı millidə oynamaq istəyir, amma…”

Ayxan Abbasov: “Hamı millidə oynamaq istəyir, amma…”

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandası UEFA Millətlər Liqası D2 qrupunun oyunu çərçivəsində Bakıda Lixtenşteyn seçməsini qəbul edəcək.

Apasport.az xəbər verir ki, yığmamızın ba məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"İkinci oyunumuza çıxacağıq. Turnir cədvəlində ilk pillədə olmaq istəyiriksə, qalib gəlməliyik. Rəqibi yaxından tanıyırıq. Lixtenşteyn millisi istəkli komandadır. Onların itirəcəkləri bir şey yoxdur, mübarizə aparırlar. Rəqibin müdafiəsini yarmalıyıq. Bu matçda tələssək, düzgün oyun qurmasaq, çətinlik çəkə bilərik. İnanıram ki, futbolçularımız həm yaxşı oyun göstərəcəklər, həm də qələbə qazanacaqlar".

- Heyətdə zədəli futbolçular var? 
- Litva ilə oyundan sonra xırda zədələr çox oldu. Ümid edirəm ki, bugünkü məşqdə hamısı geri qayıdacaq. Renat Dadaşovu itirmişik. Sabahkı oyunda bizə kömək edə bilməyəcək. Digər oyunçularda xırda zədələr var. Amma oynamayacaq qədər deyil. Hər kəs oynamaq istəyir. Bu da bizi sevindirir.

- Litvadakı matçdan sonra komandanın oyununda nə dəyişiklik etmək istəyirsiz? 
- Onsuz da biz hər dəfə rəqibə görə oyunu təhlil edirik. Fərqli komandalardır. Litva ilə Lixtenşteyn tam fərqli oyun oynayır. Bilirik ki, bu oyunda müdafiəni yarmaq vacib olacaq. Sonluq yaxşı olmalıdır. Bunu yerinə yetirmək lazımdır. Üç məşqdir bunun üzərində çalışırıq. İnanıram ki, istədiyimiz qolları vuracağıq. Rəqibin ən üstün cəhəti əks-hücumlardır.

- Avropada, dünyada zəif komanda yoxdur. Gözlənilməz vəziyyətə hazırsız? 
- Düz qeyd edirsiz. Millilər arasında zəif rəqib olmur. Hamı xal qazana bilir. Biz hazırlıq dövründə də qeyd etmişdik ki, Millətlər Liqasında rəqiblərə qarşı çox hücum etməliyik, dominant oynamalıyıq. Bundan əvvəlki oyunlarda bu az idi. Çünki rəqiblər Fransa və Ukrayna idi.

- Sizcə, azarkeşlər stadiona gələcəklər? 
- Millimizə dəstək lazımdır. İnanıram ki, azarkeşlər olacaq. Futbolçular bu stadionda oynamağı xoşlayırlar. Ümid edirəm ki, azarkeşlər gələcəklər.

- Zamiq Əliyev milliyə dəvət olunmayıb. Onunla bağlı fikriniz necədir?  
- Futbolçular hamısı müsahibə verir. Onları həmişə haqlı sayıram. Hamısı millidə oynamaq istəyir. Amma Zamiq yəqin ki, xəbərsizdir, biz onun bütün oyunlarına baxmışıq. Tur bitən kimi xaricdə çıxış edən futbolçuların oyunlarına baxıram. Zamiqi də izləyirik. Söhbət Zamiqdən açılıbsa, biz necə seçim edirik? Ola bilər ki, məşqçi görüşləri başqadır. Bu gün onun yerində Anton Krivotsyuk, Rəhman Daşdəmirov, Murad Xaçayev var. Biz onlara üstünlük vermişik. Amma bu o demək deyil ki, Zamiqi bəyənmirik. Sabah ona da dəvət gələ bilər. Zamiqlə şəxsi problemim yoxdur.

Lixtenşteynli futbolçu: “Qələbə üçün əlimizdən gələni edəcəyik” I Liqada üç turun oyun cədvəli bəlli olub “Real”ın yeni hədəfi – Van Daykı pulsuz transfer etmək istəyir "Neftçi" - "Sabah" matçının biletləri satışa çıxarılır "Zirə"nin aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://apasport.az
archiveBu xəbər 30 Sentyabr 2026 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri