Icma.az
close
up
RU
Ayxan Abbasov: “İki xal itirdik”

Ayxan Abbasov: “İki xal itirdik”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXXII turunun “Turan Tovuz” – “Şamaxı” matçından (1:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Çətin və maraqlı oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Məncə, birinci hissə mübarizə daha çox meydanın ortasında keçdi. İkinci hissədə komandamdan hücum futbolu istəyirdim. Görmək istədiklərimi gördüm. İkinci hissəyə baxsaq, 2 xal itirən biz olduq. Xallarımızı artırdıq. Rəqib üstün cəhəti olan standart vəziyyətdən qol vurdu. Bundan sonrakı standartlarda yaxşı oynadıq. Son oyunlar qalıb, hər xal vacibdir. Bununçün çalışacağıq.

– Radenoviç və Rafaelin durumu necədir?
– Rafael demək olar, mövsümü bitirib. Radenoviç isə məşqdə zədə aldı.

– Leroy Mikels bu gün fərqli mövqedə oynadı. Onun performansını bəyəndiniz?
– Sistemə baxsaz, mövqeyi hücum görünürdü. Amma oyunun içində bəzi detallar var idi. Məncə, tapşırıqları yerinə yetirdi. İkinci hissədə daha yaxşı idi. Ümumilikdə pis çıxış etmədi.

– U-21 üçün I Liqa və Əvəzedicilər Liqadan oyunçu tapa bilirsiniz?
– Heyəti genişləndirmək istəyirik. Birinci Liqa maraqlı oldu. “İmişli” – “Qəbələ” matçı məni yaxşı mənada təəccübləndirdi. Oyunçular var. Əvəzedicilər Liqasındanda bəyəndiklərimiz var və onları “Şamaxı”ya gətirmək istəyirik. Həmin oyunçular U-21-ə də namizəddir. Uşaqlara inanmaq lazımdır. Bu gün Rüfətlə Edqar göz qabağındadır. Çempionatda stabil oynayırlar. Düzdür, səhvləri olur, amma artırmalıdır. Rauf Rüstəmli Azərbaycanın ən yaxşı “6 nömrə”lərindən ola bilər.

– Startda 5 yerli oyunçu var idi. Bundan öncə də özünü doğruldan gənclər var. Düşünmürsüz ki, günah yerli oyunçularda yox, klublardadır?
– Razıyam. Uşaqlar inanmaq lazımdır. Bəzən futbolçularda da günah olur. Klublar büdcəsinə uyğun fəlsəfə seçməlidir. Bu gün Arsen Ağcabəyov, Edqar Ədilxanov, Səbayıl Bağırov I Liqadan gəlib. Biz “Turan Tovuz”a gələndə I Liqadakı 13 futbolçunu saxlamışdıq. Bu gün Faiq Hacıyevin çıxışı göz qabağındadır. İnanmaq lazımdır.

– “Turan Tovuz”la bundan öncə heç-heçə etmişdik. Qələbə üçün nə çatmadı?
– Bəxt. Bir hücum, bir qol oldu. Şamaxıda son dəqiqə qolu ilə heç-heçə etdilər. Bu gün də ikinci hissədə toplarımız qapıya girmədi.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Aprel 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri