Icma.az
close
up
RU
Ayxan Abbasov: İnanarlarsa, fikir mübadiləsi aparmaq olar

Ayxan Abbasov: İnanarlarsa, fikir mübadiləsi aparmaq olar

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının IV turunun "Şamaxı" - "Karvan-Yevlax" oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü...

- Bizim üçün önəmli oyun idi. Azarkeşlərimizi sevindirmək istəyirdik. İlk qələbəmizi qazandıq. Turnir cədvəlində xallar önəmlidir. Gələcək oyunlara daha rahat hazırlaşmaqçün elə matçlar vacibdir. İşimizin öhdəsindən gəldik. "Karvan-Yevlax" bundan öncəki matçlarda yaxşı mübarizə aparmışdı. Qol vurmaq lazım idi və qoldan sonra daha yaxşı oynamağa başladıq. Futbolçuların potensialı var. İkinci hissədə meydanda gənclərimiz çoxaldı. Bu, bizi sevindirir. Burda qazanan milli komanda olacaq. Çempionat sərtləşir. İnanıram ki, hamı ilə mübarizə aparmağa gücümüz çatacaq.

- Gənclər şanslarından nə dərəcə istifadə edə bilirlər?

- Bu dəqiqə onlardan 100 faiz hazır deyilik. Emil Süleymanov U-21-in əsas oyunçularındandır. Oruc Məmmədov da formasını bərpa edir. Bura gəlməzdən əvvəl zədəli idi. Rüfət daim əsas heyətdir, Edqar Ədilxanov əməliyyat olacaq və təxminən 3 həftə oynamayacaq. Sənanın, Nihatın gələcəyi qarşıdadır. Onlara vaxt lazımdır. İndi onlara yüklənmək olmaz. Belə oyunlar onlar üçün vacibdir. İnanıram ki, faydalı olacaqlar.

- Səhv etmirəmsə, tarixinizdə ilk dəfə 3:0 hesablı qələbə qazandı. Bu, limitin ləğvi ilə bağlıdır?

- Mən də yeni bildim ki, "Şamaxı" tarixinin ən böyükhesablı qələbəsidir. Limitə bağlamazdım. Ötən ildən burdayıq, komanda yavaş-yavaş formalaşır. Hər hesab mümkündür. 

- Millinin qarşıda Fransa ilə oyunu var. Hazırlıq "Şamaxı"dakı işinizə təsir etməyəcək?

- Buna cavab verə bilmərəm. Hazırda U-21 və "Şamaxı"nın baş məşqçisiyəm. 

- Təklif olsa, davam edərsiz?

- Təklif müzakirə olunmalıdır. Fikir mübadiləsi aparılacaq mövzular var. Tək Fransa ilə oyuna hazırlıqdan söhbət gedə bilməz. Federasiyanın vaxtı var, yəqin yaxşı düşünüb, qərar verəcəklər. Gələn məşqçi bu oyunları yox, qarşıdan gələn ilə hazırlığı da düşünməlidir. Ehtiyac varsa, canla-başla. İnanarlarsa, fikir mübadiləsi aparmaq olar.

- Santuşun qarşısına Avro-2028-ə vəsiqə hədəfi qoyulmuşdu. Bu, nə dərəcə real idi?

- Millidə potensial var. Amma vəsiqəyə söz vermək düzgün deyil. Qarşıda vaxt var. Püşkdən, sistem formalaşmasından çox şey asılıdır. Müasir futbol inkişaf edir. "Qarabağ"la Çempionlar Liqasında oynayan oyunçular var. İnanmaq lazımdır. Bir sistemlə çalışsaq, nəsə etmək olar. U-21-ə baxaq. Düzdür, deyirlər ki, siz də 0:5 uduzmusunuz. Amma nəticəyə yox, oyuna da baxmaq lazımdır. Portuqaliya ilə oyunda 3-4 epizoda girdik. Uşaqlara inanmaq lazımdır. Püşkdə də yaxşı şans gəlsə, niyə də olmasın? Moldova bu gün 1:11 hesabıyla uduzur, Türkiyə ispanlardan 6 qol buraxır. Biz böyük komanda deyilik ki, siğortalanaq.

- Bir gündə milli ilə xal qazandınız. Yığma üçün yenidən xarici məşqçi namizədlərin adları çəkilir. Bu, sizə təsir etmir?

- Xeyr. İnanın, düşünmürəm. Tək mən yox, kiməsə inam olmaza, irəli getmək olmayacaq. Bəlkə, günyarım ərzində məşqçilər, futbolçular böyük iş gördülər. Gələcəkdə olacaq şey mənə təsir etməyəcək. İşim var. Fikir olarsa, müzakirə olmalıdır.

- Şuaybu ikinci oyundur, qol vurulmasında faydalı olur. Starta çıxmağa hazırdır?

- Şuaybunun bu gün starta olub-olmaması haqda çox düşündüm. Ancaq əsasda başlasaydı, sonradan oyunu gücləndirəcək hücumçu olmayacaqdı. Gələcəkdəki matçlarda startda ola bilər. Heyətdə rəqabət var. Düzdür, bəzi mövqelərdə təcrübəsizlik görünür. 

- Əvvəlki matçdan sonra hakimlərə nəyisə sübut etməyin mümkün olmadığını demişdiniz. Bu gün də sarı vərəqə aldınız...

- Baş hakim Fəridlə danışdıq. Rikardo qapıçıdır və emosiyalı ola bilər. Həm də hər oyun çox sarı vərəqə alırıq. Gərək futbolçularla da danışaq. Bu gün oyun normal idarə olundu.

- Sizcə, ayın qolu növbəti dəfə "Şamaxı"ya gələcək?

- Namizəd ola bilər.

-

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Sentyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri