Icma.az
close
up
RU
Ayxan Abbasov millidə nələri dəyişəcək? “Futbol ictimaiyyəti başa düşməlidir ki...”

Ayxan Abbasov millidə nələri dəyişəcək? “Futbol ictimaiyyəti başa düşməlidir ki...”

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Azərbaycan futbol ictimaiyyəti birdəfəlik başa düşməlidir ki, yığmanın məşqçi problemi yoxdur”.

Bu sözləri “Yeni Sabah”a idman yazarı, Aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib.

Onun fikrincə, Azərbaycan millisi böyük turnirlərin final mərhələsinə adlaya bilməyəcək: Pepperoni pizza

“Millinin başında Ayxan Abbasov olmur, Arif Əsədov olsun, Arif Əsədov olmur, Nazim Süleymanov olsun, Nazim Süleymanov olmur, Qurban Qurbanov olsun, nəticə verməyəcək. Bu birmənalıdır. Hansısa məşqçinin rəhbərliyi altında sadəcə 1 xal az, yaxud 1 xal çox toplaya bilər. Bu, bizə heç nə vermir. Yəni Azərbaycan millisi böyük turnirlərin final mərhələsinə adlamayacaq. Çünki bu günkü futbol nəslinin o potensialı yoxdur. Bunu başa düşməliyik.

Hansı yığmalar güclü sayılır? O yığmalar ki, futbolçuları Avropanın adlı-sanlı çempionatlarında oynayır. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan millisi hansısa rəqibə uduzanda baş məşqçilərin bəhanəsi bu olur: "Baxın görün onların futbolçuları harada oynayır, bizimkilər harada”. 

Natiq Muxtarlı qeyd edib ki, Azərbaycan çempionatında oynayan futbolçularla güclü yığma formalaşdırmaq qeyri-mümkündür:

“Əgər yerli çempionatın hesabına güclü milli komanda formalaşdırmaq mümkün olsaydı, onda digər ölkələrin futbolçuları da İngiltərə, Fransa, yaxud İspaniya klublarına getməzdi. Yığmamız o vaxt güclü çıxış edəcək ki, futbolçularımız xaricdə oynayacaq. Məsələn, qonşu Gürcüstan millisinin futbolçularının demək olar ki, hamısı Avropanın əsas liqalarında çıxış edir. Təsəvvür edin, onlar Rusiya liqasından futbolçu çağırmırlar. Yəni seçim böyükdür. Azərbaycanda bircə Mahir Emreli var. Bu halda biz millidən necə nəticə tələb edə bilərik? Absurddur! Mümkün deyil! Bu aksiomdur! Avropa ölkələrində çıxış edə biləcək futbolçular yetişdirməyə başlamalıyıq. Buna indi başlasaq, 10-15 ildən sonra güclü yığmamız ola bilər”.

Qeyd edək ki, futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu posta Ayxan Abbasov təyinat alıb.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see217

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see180

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see169

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see164

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see157

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see155

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see150

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see140

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri